Qafqaz Media İctimai Birliyi Milli Mətbuatın 139-cu il dönümü münasibəti ilə qələm əhlinin bir sıra nümayəndələrini müxtəlif nominasiyalarla mükafatlandırdı.
Moderator.az-ın verdiyi xəbərə görə, tədbirdə televiziya və radio, eləcə də qəzet və saytlarda çalışan jurnalistlər iştirak edirdi. Jurnalistlər “Peşəkar Jurnalist”, “Cəsarətli qələm”, “Vicdanlı qələm”, “Reytinqli jurnalist”, “Ən yaxşı xəbər aparıcısı”, “Ən yaxşı mətbəx verlişi aparıcısı” və digər nominasilayalar üzrə ödüllənirdi.
Tədbirdə eyni zamanda millət vəkili Jalə Əliyeva, Qənirə Paşayeva və digər dövlət xadimləri də iştirak edirdi. Millət vəkili Qənirə Paşayeva Qafqaz Media İctimai Birliyi tərəfindən “Medianın dostu” , millət vəkili Jalə Əliyeva isə “Onur” mükafatına, NATO Əməkdaşlıq İnstitunun Prezidenti Fərrux Məmmədov “The best of the best” mükafatına layiq görüldülər.
Xatırladaq ki, tədbirdə eyni zamanda mədəniyyət sahəsinin tanınmış simaları da ödülləndi. Onlar arasında: Amalya Pənahova, Həmidə Ömərova, Sənubər İsgəndərli, Tünzalə Ağayeva, Elza Seyidcahan, Aqil M.Quliyev və s
Qeyd edək ki, mükafat alanlar sırasında NATO Əməkdaşlıq İnstitunun mətbuat katibi və Moderator.az saytının əməkdaşı Ülkər Musazadə də “Peşəkar Jurnalist” nominasiyası ilə təltif olunub.
































































































