Keçmiş müdafiə naziri Rəhim Qazıyev Moderator.az-la əlaqə saxlayaraq aşağıdakıları bildirib:
Üzeyir Cəfərovun açıqlaması-moderator.az/?xeber=49533
“Moderator.az-da hörmətli Üzeyir Cəfərovun
yazısını oxudum. Əlbəttə, Üzeyir Cəfərov qədər olmasa da mənim də ordudan aldığım
informasiyalar onun həyacanına qoşulmağıma əsas verir. O doğrudan da yerində və
haqlı olaraq həyəcan təbili çalır. Yəqin ki, orduyla bağlı olan dövlət rəhbərləri
bu yazıya diqqətlə yanaşaraq nəticə çıxarmalıdırlar. Səfər Əbiyevin dövründən fərqli
olaraq artıq orduda bir neçə qrupların hökmranlığı baş almaqdadır. Yəni istər
nazirin, istər baş qərargah rəisinin, istərsə də əməliyyat idarəsi rəisinin
artıq öz qrupları yaranıb. Bu da orduda vahid komandanlıq ənənəsinə böyük təhlükədir.
Mən hesab edirəm ki, Üzeyir bəyin bu fikirlərini diqqətlə analiz edib ərazisinin
20 faizi işğal altında olan ölkədə orduda belə hərc-mərcliyin baş verməməsi
üçün ciddi və qəti tədbirlər görülməlidir. Bir keçmiş müdafiə naziri və bir sadə
vətəndaş olaraq yaşananlara reaksiya verməməyim doğru olmazdı.İnanıram ki, bu
cür ağır və ekstremal şəraitdə orduda baş verənlərə müdaxilə etmək səlahiyyəti
çatan şəxslər bütün bu rüsvayçılıqlara ciddi reaksiya verməlidir.”



































































































