Moderator.az xəbər verir ki,“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, hərbi ekspert polkovnik Üzeyir Cəfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət edib. Ekspert bu barədə facebook-dakı səhifəsində məlumat yayıb. Məlumatda deyilir:
“Dəyərli dostlar, hörmətli Qarabağ müharibəsinin veteranları. Bildiyiniz kimi, 2012-ci ilin mayın 1-dən Dövlət Sosial Müdafiə Fondu heç bir ciddi, qanuni əsas olmadan pensiyada olan "Müharibə Veteranlarına" verilən 11 manat müavinatın verilməsini dayandırıb. Özü də, bunu elə şəkildə ediblər ki, guya bu qanunidir və bu addımın qanuni olması nədənsə hörmətli DSMF-nun o vaxtkı rəhbəri, hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri cənab Səlim Müslümovun adı ilə bağlanır. Biz, bir qrup Qarabağ müharibəsi veteranları, dünən, uyunun 09-da ƏƏSMN-də rəsmi qəbulda olduq və nazirə ünvanlanmış məktubumuzu təqdim etdik. Bizə bildirildi ki, bu məsələ onlarlıq deyil, guya bunu DSMF özü həll etməlidir. Mənim ƏƏSMN-nin Sosial Müavinatlar sektorunun müdiri cənab Rüfət Mürşüdovla da danışığımız oldu. O da, bildirdi ki, bu məsələ ilə əlaqədar guya işlər gedir, amma bu işlərin nədən ibarət olmasını açıqlamadı. Bildiyimiz qədər, ƏƏSM naziri cənab Səlim Müslümov iyunun 12-də xaricdən istirahətdən geri qayıdır və bizim müraciətimizlə bağlı ona məruzə ediləcək. Bir qədər aşağıda cənab nazirə ünvanladığımız müraciətin sürətini yerləşdirəcəyəm. Hələliksə, onu demək istəyirəm ki, yaxın bir neçə gündə biz bu məsələni çox ciddi şəkildə dövlət və hökumət rəsmilərinin diqqətinə çatdıracağıq. Və tələb edəcəyik ki, bu ÖZBAŞINALIÄžA və sayğısızlığa yol verən kimdirsə, ən sərt şəkildə cəzalandırılsın. Açığını deyim ki, lazım olarsa, biz ölkə başçısından ya DSMF-nun sabiq sədri, hazırda ƏƏSM-nin rəhbəri Səlim Müslümovun, ya da bu özfəaliyyətin digər müəlliflərini, təşəbbüskarının kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməsi barəsində göstəriş verməsini xahiş edək.
Biz, Qarabaq müharibəsinin iştrakçıları və hazırda təqaüddə olan şəxslər, böyük dözüm və təvazökarlıq, səbr və dəyanət nümayiş etdirdik. Dəfələrlə müxtəlif instansiyalara və hətta məhkəmələrə də baş vurduq. Amma, görürük ki, kimlərsə, son dərəcə saymazyana biz "Müharibə Veteranlarının" haqqını yeməkdə davam edir. Sonuncu dəfə, bir daha xatırladıram ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş "Sosial müavinatlar haqqında" qanun və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərman isə Azərbaycan Respublikası Prezidentinin 11 manat məbləğində müavinatla əlaqədar olan 26 dekabr 2001-ci il tarixli, 631 nömrəli və 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanlarını LƏÄžV ETMƏMİŞDİR.
Çox istərdim ki, hörmətli nazir Səlim Müslümov və onun əməkdaşları Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisad Kollegiyası tərəfindən 25 aprel 2013-cü ildə çıxarılmış Qərara da bir daha diqqət etsinlər və ona əməl etsinlər.
İndi isə, mən ƏƏSM nazirinə ünvanladığım müraciətin sürətini burda dərc edirəm və bütün Qarabağ müharibəsi iştrakçılarını, onların ailə üzvlərini, yaxın ətrafını bu müraciəti və statusu paylaşmalarını xahiş edirəm. Mətbuatdakı daimi əməkdaşlıq etdiyimiz dostlardan, media kapitanlarından da çox xahiş edirəm ki, bu məsələyə diqqət ayırsınlar. Söhbət 11 manat müavinatda deyil.Məqsədimiz isə çox sadədir: müharibə görməmiş, kabinetlərdə bəslənmiş bəzi şəxslərin Qarabağ savaşını keçmiş əsl oğul və qızlarımızın haqlarına girməsinə qəti etirazımızı bildirmək.Və sözsüz ki, haqqın-ədalətin bərpası.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova Qarabağ müharibəsi veteranları adından müraciət
Hörmətli cənab nazir!
Bizim Sizə bu müraciətimizə ciddi yanaşılacağına və çoxminli Qarabaq müharibəsi veteranlarının narahatçılığına son qoyacağınıza ümid edirik.
Deməli, məsələnin məğzi aşağıdakılardan ibarətdir. 2012-ci il mayın 1-dən pensiyada olan müharibə veteranlarının pensiyalarının üzərinə hesablanan 11 manat verilməsi dayandırılıb. Dövlət Sosial Müdafiə Fondu bunu “Sosial Müavinatlar Haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanunun 7.0.6-cı maddəsinə əsasən dayandırıldığını bildirib. Belə ki, həmin müavinatın onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadığı halda təyin edilməsi bildirilir. Belə bir qərarın səhvən qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisad Kollegiyası tərəfindən də 25 aprel 2013-cü ildə bir daha rəsmən təsdiq edilməsinə baxmayaraq bu günə qədər bu müavinat ödənilmir.
2001-ci ildə Veteranlar haqqında qanunvericiliyə bir əlavə edildi. Belə ki, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 â„–-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştrak etdiyinə görə “Müharibə Veteranı” adı almış şəxslərə 11 AZN məbləğində aylıq müavinat müəyyən olundu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 09 yanvar 2â„–2-H qərarı ilə təsdiq olunmuş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunması ilə əlaqədar həmin müavinatların vətəndaşlara verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən (17.06.2006-cı il tarixli 151 saylı Qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 â„–-li Fərmanı ilə müəyyən olunan müavinatlar hərbi qulluqçulara-onların xidmət keçdiyi orqan, pensiya alanlara isə, pensiyaların üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan tətəfindən ödənilirdi. Maraqlı olan cəhət ondan ibarətdir ki, hərbi xidmətdə olan, işləyən “Müharibə Veteranları” üçün 20014-cü ilin aprelin 1-dən 45 manat olsa nda, pensiyada olan müharibə veteranları üçün həmin məbləğ ümumiyyətlə ödənilmir və ödənilməyə başlayarsa, nədənsə 11 manat olacaqdır.
Biz Qarabağ müharibəsi veteranlarını ən çox maraqlandıran məsələlərdən biri də, 01 yanvar 2006-cı ildən qüvvədə olan “Sosial Müavinatlar Haqqında”Azərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddəsinin tələbləri qüvvəyə mindikdən 6 (altı) il, 01 may 2012-ci ildən sonra tətbiq olunmağa başlayıb.
Bundan əlavə, “Sosial Müavinatlar Haqqında”Azərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddələrində göstərilənlər Azərbaycan Respublikasının Ali Qanuni olan Konstitusiyanın 25-ci (Bərabərlik Hüququ) və 149-cu maddələrində (Normativ Hüquqi Aktlar Haqqında) təsbit edilən əsas İnsan hüquqlarının və azadlıqlarının müddəalarına nə dərəcədə uyğundur?
Hörmətli cənab nazir!
Bizim tərəfimizdən həm şıfahi, həm də yazılı olaraq Dövlət Sosial Müdafiə Fonduna edilən müraciətlərə hər dəfə məsələyə baxılacağı və qərar qəbul ediləcəyi bildirilsə də, bu günə kimi heç bir konkret qərar qəbul edilməyib. Hamı bu məsələnin DSMF-nin sabiq rəhbəri, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışan Səlim Müslümov cənabları tərəfindən həll edilə biləcəyini qeyd edirlər. Ona görə də, biz Sizdən xahiş edirik ki, çoxminli Qarabağ savaşının “Müharibə Veteran”larının intizarına son qoyasınız.
Hörmətlə, Qarabağ müharibəsi veteranları adından, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Eldar oğlu Cəfərov”.


































































































