Bu gün ADP sədri Sərdar Cəlaloğlunun 60 yaşı tamam olur. Bu münasibətlə yubilyarı təbrik edənlər Moderator.az-a üz tutublar.
Xeyli
vaxtdır ki, xaricdə müalicə olunan ADP Ali Məclisinin sədri Vaqif Şirinov da təbrikə
qoşulanlardandır:
“Tanrının
Azərbaycan xalqına bəxş etdiyi və qədri hələ də bilinməyən, lazımınca qiymətləndirilməyən
Sərdar bəyin 60 yaşı tamam olur. Yubilyarın Azərbaycan siyasi səhnəsinin ən
azman fiqurlarından biri olduğunu dostları da, müttəfiqləri də, əks düşərgədəki
rəqibləri də bilir, yeri gələndə etiraf da edirlər. Sərdar bəy özünəməxsus
düşüncə tərzi, unikal fəlsəfi düşüncələri, siyasi analizləri ilə müxalif cameəsinin
əvəzolunmaz personasıdır. Bir sözlə, Azərbaycan siyasətini Sərdar Cəlaloğlusuz
təsəvvür etmək mümkün deyil.
Sərdar
bəyi yaxından tanımaq üçün ADP-nin simvolunda əks olunduğu kimi, onunla bərabər
günəşə doğru üzən Azaqdlıq gəmisində avar çəkmək lazımdır. Çox xoşbəxtəm ki,
onunla uzun müddətdir ki, avarçəkənlərdənəm...
Sərdar
bəy, 60-lar qrupuna xoş gəlmisiniz. Ulu Tanrı sizi, ən yaxın silahdaşınız Fatma
xanımı və yavrularınızı qorusun. Sizin parlaq ideyalarınız təkcə müxalifət üçün
deyil, millətimizizin gələcəyi naminə əvəzolunmaz xəzinədir və Allah onu
xalqımıza çox görməsin."


































































































