Ləman Ələşrəfqızı parlamentə buraxılmadı -Video

Ləman Ələşrəfqızı parlamentə buraxılmadı -Video

Hazırda oxunan: Ləman Ələşrəfqızı parlamentə buraxılmadı -Video

45458

Moderator.az xəbər verir ki, ANS PRESS-in parlament müxbiri Ləman Ələşrəfqızı Milli Məclisin bu gün keçirilən iclasına buraxılmayıb. Məlumata görə, L.Ələşrəfqızının parlamentə akreditasiyası ləğv edilib. Buna səbəb kimi L.Ələşrəfqızının son vaxtlar parlamentdən hazırladığı tənqidi xarakterli reportajlar göstərilir. 

Məlumat üçün qeyd edək ki, L.Ələşrəfqızı parlamentdən hazırladığı son reportajların birində millət vəkillərinin nahar fasiləsinə doğru kotlet hayında olduğu, bu səbəbdən də zalı tərk edən parlamentarilərin yerinə Milli Məclisin operatoru Akif Məmmədovun səs verdiyini bildirib. Məhz bu reportajın L.Ələşrəfqızının akreditasiyasının ləğvinə səbəb olduğu güman edilir.

Onu da qeyd edək ki, L.Ələşrəfqızının məlum reportajı ilə məşhurlaşan operator A.Məmmədov parlamentin bu gün keçirlən iclasında gözə dəyməyib. Bu isə öz növbəsində millət vəkillərinin də əvəzinə tər tökən cəfakeş operatorun işdən azad edilməsi ilə bağlı ehtimalları gündəmə gətirib.

L.Ələşrəfqızının özü isə baş verənlərə öz facebook səhifəsində maraqlı şəkildə şərh verib:

“Hə..Sabir necə demişdi?

Niyə bəs böylə bərəldirsən a qare gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?))

Allah sənə rəhmət eləsin Mirzə Ələkbər. Biz hələ də güzgüdə nə qədər eybəcər göründüyümüzü qəbul etmirik. Vurub güzgünü qırırıq. Təəssüf..”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO