Uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi Senatın gündəliyinə daxil edilməyib

Uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi Senatın gündəliyinə daxil edilməyib

Hazırda oxunan: Uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi Senatın gündəliyinə daxil edilməyib

44418

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qəbul olunan uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi Senatın ümumi yığıncağının gündəliyinə daxil edilməyib.

Moderator.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, 410 saylı məlum qərar layihəsi Senatın 16 günlük Pasxa tətilindən əvvəl keçirilən son toplantısında gündəmə alınmayıb. Beləliklə, sırf 24 aprelə hesablanmış sənəd əhəmiyyətsiz bir kağız parçasına çevrilib. 

Xatırladaq ki, qərar layihəsi ermənipərəst senatorlar Robert Menendez və Mark Kirk tərəfindən təqdim olunmuş və Senat komitəsində səs çoxluğu ilə qəbul edilmişdi.

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO