Əlövsət Əliyev mübhəm cinayət işindən danışdı...

Əlövsət Əliyev mübhəm cinayət işindən danışdı...

Hazırda oxunan: Əlövsət Əliyev mübhəm cinayət işindən danışdı...

42741
Nəhayət, ötən ilin yayında, konkret olaraq iyunun 13-də Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda Aynur Mehdiyeva adlı qadının 28 yaşlı bir filippinli qadını Dubaydan gətirtdirərək öz evində qulluqçu kimi işlətməsinin, bunun üçün qanunvericiliyə uyğun olaraq müvafiq icazə sənədi almadığının, eyni zamanda onunla xoş olmayan rəftara görə cinayət işi başlanılması haqqında məlumatların ictimailəşməsindən sonra mətbuatın gündəmində olan bu olayda sular deyəsən durulmağa başlayır.
Belə ki, sonradan həmin Aynur Mehdiyevanın keçmiş millət vəkili, Milli Şuranın beynəlxalq əlaqələr komissiyasını sədri Gültəkin Hacıbəylinin keçmiş baldızı olması bəlli olandan sonra başda DİN olmaqla bütün rəsmi qurumlar susmağa üstünlük verdilər, sanki həmin cinayəti ört-basdır etmək, hətta özlərini təkzib etmək yolu tutdular. İş o yerə çatdı ki, bu barədə bircə cümləlik informasiya əldə etmək müşkülə döndü, həmin filippinli qadının ölkədən çıxarıldığı və cinayət işinə məhz Gültəkin Hacıbəylidən qisas almaq üçün xitam verildiyi belə, iddia olundu. Amma mətbuatın bütün cəhdləri öz nəticəsini verdi və bəlli oldu ki, artıq bu iş üzrə istintaq yekunlaşaraq məhkəməyə göndərilib. Yeri gəlmişkən, ötən müddət ərzində həmin filippinli qadının hüquqlarının müdafiəsini təmənnasız olaraq öz üzərinə götürmüş tanınmış hüquqşünas, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev son vaxtlar həmin işdən məqsədli şəkildə kənarlaşdırıldı, bununla da sanki DİN-in müvəqqəti sığınacağında saxlanılan həmin filippinli qadının maksimum izolyasiyada saxlanılması xətti götürüldü. Ancaq artıq bura qədərmiş və həmin qadınını üzə çıxarmağa məcburdurlar...
Məsələ ilə bağlı bu işdə əməyi olan və həmin qadına təmənnasız hüquqi yardım emiş Əlövsət Əliyevlə əlaqə saxladıq. Moderator.az-a açıqlamasında müsahibimiz bildirdi ki, bu gün əsas məsələ həmin xanımı kimin müdafiə etməsi deyil, iş üzrə ədalətli qərarın qəbul edilməsinə nail olmaqdır:
" Məndə də bu barədə məlumat var ki, iş artıq məhkəməyə göndərilib. Hamımız çalışmalıyıq ki, həmin iş üzrə ədalətli hökm çıxarılsın. Ümid edirəm ki, buna da nail olacağıq."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO