Akademik Nizami Süleymanov növbəti bir elmi nailiyyətə imza atıb. İlk olaraq kəşfini Moderator.az-a paylaşan görkəmli alim rənglərlə bioenrjinin sintezindən insan həyatını dəyişdirə biləcək bir fantastik uğurla belə demək mümkünsə rənglər dünyasını insanlığa xidmətə istiqamətləndirməyi bacarıb...
“Biz keçən il Azərbaycan əhalisinə “üzərlik biokartı” deyilən bir məhsul təqdim etdik, pulsuz da payladığımız oldu, satışa da verildi. Əhalinin böyük əksəriyyəti tərəfindən bu çox müsbət qarşılandı. Bu məhsulun sorağı qısa müddətdə sərhədlərimizi aşdı və dünyanın bir sıra ölkəsindən onu istədilər,alıb aparanlar da oldu.Türkiyədə bir məşhur iş adamı avtomobil qəzasına düşdükdən sonra səhhətində problemlər yaranıb. Bir qıçının ağrısnı kəsmək mümkün olmayıb, yeriməkdə çətinlik çəkdiyindən bir neçə dəfə əməliyyat olunub. Ukraynadan Türkiyəyə gəlmiş bir həkim həmin iş adamına məsləhət görüb ki, siz Azərbaycana gedin və akademik Nizami Süleymanovun elmi ixtirasından- nanotexnologiyadan istifadə etməklə bioenerji vasitəsilə insanların müalicəsinə çox kömək edən məhsullarından istifadə edin. Mənə mötəbər bir yerdən bir məmur zəng edərək həmin adama kömək etməyimi xahiş etdi. Həmin adam də gəlib çıxdı bura və 5-6 gün bizim müalicəmizi götürdü. Çıxıb gedəndən də sonra zəng vurub bizə təşəkkür elədi ki, Türkiyədə və bir sıra Avropa ölkəsində müalicə kursları keçsə də belə rahatlıq tapmayıb. Bildirdi ki, klassik və müasir texnologiyaya əsaslanan terapiyanın aciz olduğu bir yerdə siz inqilabi nailiyyət əldə etmisiniz. Deməyim odur ki, həmin o üzərlik biokartı və digər bioenerjili məhsullarımız nəinki Azərbaycanda, həmçinin də Türkiyədə, Rusiyada, Ukraynada, Avropanın bir çox yerində uğurla sınaqdan keçib.
Bəs indiki yeniliyiniz nədir?
Üzərlik biokartı deyək ki, insanı neqativ enerjidən qoruyur, həkimlərin standart müalicəsinin uğurlu getməsinə yardımçı olur. Qan dövranını tənzimlədiyinə, neqativ enerjini insandan silərək immuniteti qaldırdığına görə uğurlu nəticələrə səbəb olur. Bilirsiniz ki, mən texnika sahəsinin adamıyam. Son illər nanotexnologiya və pozitiv bioenerji ilə məşğul olduğuma görə insanın sağlamlığına daha da fayda verə biləcək nanotexnologiyadan istifadə etməklə yaradılan müəyyən məhsulların nanozərəcikləri vasitəsilə insanlara pozitiv təsir edə bilən yeni üsulların yaradılması üzərində gecə-gündüz çalışırıq. Biz kiçik bir qrupla iki növbəli iş qrafiki tərtib etmişik və Azərbaycan Texniki universitetindən olan alim həmkarlarımızın da köməyindən istifadə edirik. Bir çox tanınmış alimi, müxtəlif sahə üzrə ixtisaslaşmış həkimləri, psixoloqları, fizioterapevtləri də bu işə cəlb etmişik. Daha doğrusu, onlardan da müəyyən məsləhətlər alırıq. Məsələn, alimlərdən Tibb Universitetinin dosenti Rəşid Mahmudovun, tanınmış psixoloq Dəyanət Rzayevin, psixoterapevt, professor Nadir İsmayılovun, tanınmış kardioloq , tibb elmləri namizədi Məmməd Məmmədovun adını çəkə bilərəm. Yəni bu məsələ insanın anatomiyası, fiziologiyası ilə bilavasitə bağlı olduğuna görə mən tez-tez bir çox məsələlərdə onlarla müzakirələr aparıram. Təbii ki, materialların seçilməsi, cihazların yaradılması, enerjinin məsafəyə ötürülməsinin təmin edilməsi-bütün bunlar mənim və Azərbaycan Texniki Universitetindən olan həmkarlarımla birlikdə öz işimizdi, amma “məsləhətli don gen olar” məsəlində olduğu kimi çoxsaylı insanlarla da məsləhətləşməyə, onların fikirlərini öyrənməyə ehtiyac duymuşuq, məsləhətləşmişik. Bütün bu işlərin nəticəsində yeni bir müalicə texnologiyasının tətbiqinə başlamışıq.
Dünyada da bir məsələ artıq geniş vüsət almağa başlayıb ki, insanları rənglərlə müalicə edirlər. Buna xromoterapiya deyilir. Avropa və Amerikada hətta xüsusi klinikalar var. Bineyi-qədimdən rənglərin insan psixikasına, psixologiyasına və ümumi sağlamlığına təsirinin mövcudluğu qəbul olunurdu. Amma son illər alimlər laboratoriyalarda analizlər, tədqiqatlar apararaq rənglərin sehrini aça biliblər.
Bəlli olub ki, qırmızı işıq adrenalini artırır, əsəb sistemini stimullaşdırır, qan dövranını yaxşılaşdırır, hipoteniya və anemiya xəstəliklərinin müalicəsində müsbət təsir edir. Amma iltihab prosesi olan, qanaxma və hipertaniyadan əziyyət çəkən, çılğın, özündən tez çıxan adamlarda isə qırmızı rəng əks göstərişdir. Bəzi ölkələrdə, xüsusən İspaniyada aparılan öküzlərlə döyüş səhnələrində də fikir verirsinizsə həmin heyvanları qızışdırmaq üçün qırmızı rəngli parçalardan istifadə edirlər. Elimizdə də belə bir misal var ki, dəli qırmızını sevər.
Narıncı rəng həzm prosesini yaxşılaşdırır, insanı enerji ilə qidalandırır, heç bir əks göstərişi yoxdur, eyni zamanda immuniteti zəif olan insanlara çox yaxşı təsir edir, spazmalarda və qandaşıyıcı sistemlərdəki problemlərin həllinə yardımçı olur.
Sarı rəng insan fikrini cəmləşdirməyə kömək edir, yaddaşı yaxşılaşdırır, düşünmə qabiliyyətini yüksəldir. Eyni zamanda sarı rəng həm də həzm prosesinə və əsəb sisteminə kömək edir.
Yaşıl rəng insanın əsəblərini sakitləşdirir, görmə qabiliyyətinə müsbət təsir edir, hipertaniya, ürək-damar və əsəb sistemi xəstələrinə yardımçı olur.
Mavi rəng antiseptik xüsusiyyətlərə malikdir. Yüksək qan təzyiqini aşağı salır, yuxusuzluğun aradan qalxmasına yardım edir. Amma hipotoniyası olan adamlarda bu rəng əks göstərişdir.
Göy rəng revmatizm və qanaxma xəstəliklərində müalicəvi əhəmiyyətə malikdir. Əsəb gərginliklərini yumşaldır, iltihab proseslərini daha tez aradan qalxmasında yardımçı olur. Amma depressiya və sıxıntılı olan vaxtlarda bu rəng də əks göstərişdir.
Bənövşəyi rəng qan təzyiqini aşağı salır, psixi pozuntuları aradan qaldırmaqda yardımçı olur, düşünmə qabiliyyətini stimullaşdırır, ağ ciyərə və ürəyə müsbət təsir edir. Amma çox ağır psixi xəstəliyi olan adamlara məsləhət görülmür.
Fikir verdinizsə bu rənglərin içərisində əks göstərişi olmayan rənglər narıncı, sarı və yaşıldır.
Beləliklə, bioenerjinin insana ötürülməsi prosesində biz də bu rənglərdən istifadə etmək qərarına gəldik. Yeni yaratdığımız “Pozitiv” biokartı rəqəmsal texnologiyadan istifadə etməklə müsbət enerji ilə yükləyirik. Təbii ki, ilk növbədə yaratdığımız cihazlar kompleksinin kompüterinin özünü müsbət enerji ilə yükləmək lazım gəlir. İstifadə etdiyimiz flaşkart da daimi olaraq müsbət enerji sahəsiylə yüklənir. Hələ 2006-cı ildə yaratdığımız yaddaşlı enerji dalğaları buraxan cihazımızın vasitəsilə kompüterimiz və flaşkartmız daimi olaraq oradan qidalanır. Bu zaman müxtəlif pozitiv enerjili bitkilərin nanozərrəciklərindən də istifadə edilir. Daha çox üzərlikdən istifadə edilir. Yeri gəlmişkən, bizim bir kəşfimiz də vardı, 2012-ci ildə mətbuatda bu barədə çox danışıldı.İlk dəfə olaraq biz öyrəndik ki, eyni düzülüşlü rəqəmlər və rəsmlər məsafədən asılı olmayaraq bir-biriylə dalğa əlaqəsindədirlər. Birini pozitiv enerjiilə yükləsən, o biri tərəfdəki də həmin enerjiilə yüklənir. Beləliklə, “Pozitiv” adlandırdığımız və üzərində kodlaşdırılmış rəqəmlər düzülüşü olan bu bioenrjili kart ipək ip vasitəsilə insanın boynundan asılır. Onu hətta bir sancaqla alt paltarına da bağlamaq olar, yetər ki, kart daimi olaraq sinəyə toxunsun. Bilirsiniz ki, əvvəllər avtomobillərin dövlət qeydiyyat nişanlarına pozitiv bioenerji ötürməklə tüstünün yox olması, mühərrikin gücünün artması, yanma prosesinin yüz faiz getməsi, atmosferə atılan zərərli qazların maksimum azaldılmasına və yanacağa da 20-30% qənaət edən nəticələr ortaya qoymuşduq. Elmi ədəbiyyatda da var və sübut olunub ki, hansı ölkənin istehsalı olmasına baxmayaraq avtomobillər yanacağı 20-40 faiz arası yarıçiy və çiy yandırır. Yəni pul verib aldığın yanacağı tam yandıra bilmirsən. Amma bu pozitiv bioenerjini avtomobillərin dövlət qeydiyyat nömrəsinə göndərəndə xüsusi tətbiq olunan proqram vasitəsilə avtomobillər onu qəbul edir, nəticədə ölkədəki bir milyon 200 min avtomobil bu enerjini eyni zamanda ala bilir. Biz aylarla bunu müxtəlif dövlət və özəl qurumlarla, elmi təşkilatlarla birgə sınaqdan keçirdik və müsbət nəticələr aldıq. Bizi də hər zaman düşündürürdü ki, bu pozitiv bioenerjini insanlara necə və hansı yolla ötürmək olar. Nəticədə biz bayaq dediyimiz rənglərin köməyilə, yəni xromoterapiyadan istifadə etməklə və rəqəmsal texnologiyanın uğurlarından istifadə etməklə inqilabi nəticələr əldə etdik. Belə ki, insanın üstündəki, boynundakı karta müsbət enerji mənbəyindən daimi enerji ötürülür, bu enerji isə insanı həm neqativ enerji hücumlarından qoruyur, həm də onu pozitiv bioenerjiylə qidalandırır. Yəni həmin rənglər də cihazın kompüterindəki yaddaşa yazılır, üstündəki kartın rənginə mütənasib də sənə davamlı müsbət bioenerji ötürülür. Yəni yaddaş bioenejisi istehsal edərək yeni cihazın bilgisayarı daimi olaraq müsbət enerji ilə yükləyən pozitiv bioenerjili sahə onu asanlıqla boynundakı kart vasitəsilə insana verə bilir. İnsan oyaq olanda da, yatanda da bu enerjini fasiləsiz olaraq qəbul edir. Biz rəqəmlərlə kodlaşdırılmış bu kartı sinəmizdən asmaqla daimi olaraq həm pozitiv bioenrji alırıq, eyni zamanda rənglərin seçimi vasitəsilə bu enerjinin təsiri daha da artır. Məsələn, pozitiv bioenerjili yaşıl biokartı üstünüzdə gəzdirəndə orqanizm özünü sanki yaşıl bir çəmənlikdəki kimi hiss edir. Bütün əsəb sistemi bu dalğaların təsirindən rahatlaşır. Mən onlarla insan göstərə bilərəm ki, bu kartlardan istifadə etməklə səhhətində müsbət irəliləyiş olmuş və sanki ən azı 10 il cavanlaşaraq əvvəlki şux sifətinə qayıdıb. Yəni bu enerjinin təsirindən insanın orqanizmində də, sifətində də gəncləşmə prosesi gedir. Bunun dünyada anoloqu yoxdur və ikinci belə bir nümunə tapa bilməzsiniz. Texnoloji nöqteyi-nəzərdən də hələlik belə bir nailiyyət qazanan olmayıb. Qeyd edim ki, yeni məhsul uğurla sınaqan keçməkdədir və yüksək nəticələr əldə etməkdə davam edirik. “Pozitiv” biokartının ölçüsü 3,5x6sm, çəkisi isə cəmi 1qr-a yaxındır və insanlara onu gəzdirməkdə heç bir rahatsızıq gətirmir.”


































































































