Mübariz Qurbanlı: “O, Əli Kərimlinin və İsa Qəmbərin  işlərini görür”

Mübariz Qurbanlı: “O, Əli Kərimlinin və İsa Qəmbərin işlərini görür”

Hazırda oxunan: Mübariz Qurbanlı: “O, Əli Kərimlinin və İsa Qəmbərin işlərini görür”

41683
“Əslində bu barədə məndən yox, barəsində iddialar səsləndirilən şəxslərdən bunu soruşmalısınız. Çünki bunun nə dövlətə, nə də hakimiyyətə dəxli var”.
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Mübariz Qurbanlı Xədicə İsmayilovanın ABŞ-a göndərdiyi qərəzli məlumatlarla bağlı bir neçə gündür mətbuatda dartışılan məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Xədicə İsmayılova dünən çorək kəsdiyi kəslərə bu gün böhtan atır:
 “Xədicə İsmayılova bir yerdə oturub-durduğu müxalifət partiyalarının rəhbərlərinin hamısını agent, hökümətə işləyən kimi təqdim edib. Düşünürəm ki, bu məsələnin dövlətə, hakimiyyətə heç bir adiyyatı yoxdur və bu məhz Xədicə İsmayılova ilə müxalifət arasındakı problemdir. Onlar onsuz da daim bir-birilərini qırırlar. Ona görə də mən bununla bağlı heç nə demək istəmirəm. Hesab edirəm ki, Xədicə İsmayılova ilə bağlı Əli Kərimli və İsa Qəmbər danışmalıdır. Çünki Xədicə İsmayılova Əli Kərimlinin və İsa Qəmbərin  işlərini görür və məhz onlara işləyir. Yoxsa Xədicə İsmayılova kimdir ki, kiməsə nəsə hesabat yazıb göndərsin. Bu, kimlərinsə sifarişi ilə icra edilmiş bir məslədir”.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO