- A-
- A
- A+
Gündəm
14:52 / 04.02.2014
“Partiyalararası münasibətlər liderlərarası münasibətlərlə eyniləşdirilməməlidir”
Hazırda oxunan: “Partiyalararası münasibətlər liderlərarası münasibətlərlə eyniləşdirilməməlidir”
41045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Partiyalararası münasibətlər liderlərarası münasibətlərlə eyniləşdirilməməlidir”.
Bunu Moderator.az-a açıqlamasında “El” Hərəkatının sədr müavini Eldəniz Quliyev Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın “Müsavat Partiyasının başqanı İsa Qəmbər istefa edərsə və Müsavat Partiyası daha sağlam duşuncəyə malik bir şəxs tərəfindən idarə olunarsa Musavatla əməkdaşlıq mümkün ola bilər” kimi fikrinə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, "sağlam düşüncə" ifadəsi nisbi və amorf anlayışdır:
“Bu, Ə.Temirxanın mövqeyidir və mən ona hörmətlə yanaşıram. İki sağlam düşüncəli adam arasında da konfrantasiya ola bilər. Amma səmimi surətdə düşünürəm ki, siyasi partiyalar öz mübarizə strategiyalarını, eləcə də konseptual fəaliyyət proqramlarını tək bir nəfər liderin şəxsinə istinadən qurmamalıdılar”
Daha sonra Eldəniz Quliyev El Hərəkatının Müsavat Partiyası ilə əməkdaşlıq edib- etməyəcəyinə də aydınlıq gətirib:
“Zənnimcə, Müsavat Partiyası ilə El Hərəkatı arasında belə siyasi ünsiyyət forması yaranarsa, bir çox ambissiya və ixtilaflardan yaxa qurtarmaq olar”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































