Siyavuş Novruzovdan maraqlı təklif

Siyavuş Novruzovdan maraqlı təklif

Hazırda oxunan: Siyavuş Novruzovdan maraqlı təklif

40987
Moderator.az  "AzNews.az"a istinadən məlumat verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov çıxış edib.    O deyib ki, bu məsələ ilə bağlı müvafiq qanunvericiliyə də dəyişikliklər edilməlidir:  “Dünyada ən asan bələdiyyə seçkiləri Azərbaycanda keçirilir. Bir namizədin irəli sürülməsi üçün 10-15 nəfərin imzası yetərlidir. Hazırda bələdiyyə sədrini bələdiyyə üzvləri öz aralarından seçirlər. Əslində bu, düzgün deyil. Yaxşı olar ki, seçicilər bələdiyyə üzvlərini seçdikləri kimi, bələdiyyə sədrini də seçsinlər. Çünki bu həmin bələdiyyə sədrləri qarşısında məsuliyyət yaradar. Bu həm bələdiyyə sədrinin işini asanlaşdırar, həm də onun vətəndaşlarla birbaşa əlaqələrində problemlərin qarşısını alar”.   S.Novruzov həmçinin səyyar qəzet satışı ilə bağlı müxalifət mətbuatında yayılan məlumatlara da münasibət bildirib:  “Bu gün Bakıda müasir standartlara cavab verən bir çox köşklər quraşdırılıb. Vətəndaş həmin köşklərdə istənilən qəzeti rahat şəkildə ala bilər. Ona görə də burada heç bir problem yoxdur. Kiminsə qəzeti satılmırsa, bunun problemini köşklərdə yox, onun məzmunda, mahiyyətdə axtarsınlar. İnsanlar üçün maraqlı nəsə varsa, bunu mütləq tapacaqlar. Ona görə də qəzetləri daha oxunaqlı və maraqlı dərc etmək lazımdır”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO