Türkiyədə baş verən hadisələrin arxasında ABŞ-ın durduğunu iddia edən bu ölkənin mətbuatı səfir Rikardodan ölkəni tərk etməyi tələb edir.
Avropa.info-nun Türkiyə mətbuatına isitinadən məlumatına görə, "17dekabr əməliyyatı"ndan sonra AB təmsilçiləri ilə görüşən Rikardo deyib: "Xalq bankın İranla əlaqələrinin kəsilməyini istədik, dinləmədilər. Bir imperatörluğun çökməsinə şahid olacaqsınız".
ABŞ-ı Türkiyənin daxili işlərinə qarışmaqda ittiham edən Türkiyə mətbuatı isə Rikardonun ölkədən getməsini tələb ediblər.
Bir çox Türkiyə qəzetlərində Rikardoya xitabən "Çıx get bu ölkədən" başlıqlı yazılar manşetlərdə yer alıb.


































































































