Pərviz Həşimili təcridxanada “Respublika” qəzeti oxuyurmuş...

Pərviz Həşimili təcridxanada “Respublika” qəzeti oxuyurmuş...

Hazırda oxunan: Pərviz Həşimili təcridxanada “Respublika” qəzeti oxuyurmuş...

35343

Qondarma İttihamlarla həbs olunan hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov bu gün Milli Təhlükəsizlik Nazirliyinin  təcridxanasında onunla görüşüb. Vəkilin Moderator.az-a bildirdiyinə görə, P. Həşimli bir aydır saxlanılmasına baxmayaraq heç bir istintaq hərəkətinin aparılmamasından gileylənib:

“Pərvizin bildirdiyinə görə, müstəntiqlər hələ də heç bir istintaq hərəkəti aparmadığından o özünün girovluqda kimi hiss edir. Pərviz bildirdi ki, nəhayət 4 yaşlı qızının şəklini ona çatdırmağa icazə verdiklərindən o bu gün şəkli götürə bilib. Eyni zamanda qeydiyyatdan keçməsi şərtilə ailəsiylə məktublaşmağa da icazə almaq mümkün olub. Pərvizin bir narazılığı da ona təcridxanada oxumaq üçün kitabın verilməməsidir. Qəzetlərə gəldikdə isə Pərvizə yalnız “Respublika” və “Xalq Qəzeti” verilir ki, o da bu qəzetlər vasitəsilə informasiya ala bilmədiyindən şikayətçidir.”   

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO