Fərhad Əliyevin qardaşı da İlham Əliyevə səs verdi

Fərhad Əliyevin qardaşı da İlham Əliyevə səs verdi

Hazırda oxunan: Fərhad Əliyevin qardaşı da İlham Əliyevə səs verdi

35029
Media forum” saytının əməkdaşı Ədliyyə Nazirliyinin 6 saylı Cəzaçəkmə Müəssisəsində yaradılmış seçki məntəqəsinə baş çəkib. Bu məntəqədə sabiq iqtisadi inkişaf naziri, məhbus Fərhad Əliyevin qardaşı, iş adamı Rafiq Əliyev də (Rafiq Əliyev 2005-ci ildən həbsdədir) səs verib. O, “Media forum”a açıqlamasında deyib ki, şərait yüksəkdir: “Əvvəlcədən hər şey haqqında məlumatlı idik. Azərbaycanın dinamik inkişafını təmin edən və buna şərait yaradan, daha da gücləndirən şəxsə səs verdim”.

Cəzaçəkmə müəssisəsində 1280 məhbusun adı seçici siyahısındadır. Saat 12:00-a olan məlumata görə, 489 nəfər səs verib. Məntəqədə seçki prosesini yerli və xarici nümayəndələr müşahidə edir.

Ədliyyə Nazirliyinin 15 saylı Cəzaçəkmə Müəssisəsində də olan “Media forum”un əməkdaşı xəbər verir ki, burada 635 məhbus seçici var. Saat 12:00-a olan məlumata görə, 231 məhbus səs verib. Müstəqil müşahidəçilər heç bir qanun pozuntusuna yol verilmədiyini, heç bir məhbusun səsvermədən imtina etmədiyini bildirir.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO