4 uşaq anasını tok vurdu

4 uşaq anasını tok vurdu

Hazırda oxunan: 4 uşaq anasını tok vurdu

30093
Şamaxıda 4 uşaq anası ehtiyatsızlığın qurbanı oldu.
Moderator.az Kanal S-ə istinadən xəbər verir ki, Şamaxı rayonu ərazisində bədbəxt hadisə baş verib. Hadisə zamanı fəhlələrdən birinin ehtiyatsızlığı nəticəsində onu cərəyan vurub.    
Bədbəxt hadisə Şamaxının Çarhan kəndində qeydə alınıb. Hadisə üzüm sahəsində işini başa vurub evlərinə qayıdırkən baş verib.  Məlumatlara görə, sığınacaq üçün yaxınlıqda bir yer tapan fəhlələrdən biri ətrafdakı açıq naqilləri görməyib. Kənd sakini üstünün yaş olduğu halda açıq naqillərin yanından keçərkən onu cərəyan vurub. Hadisə zamanı yaxınlıqda olan şəxslər xəsarət alan şəxsə müdaxilə etsələr də onun həyatını xilas etmək mümkün olmayıb.  
Dünyasını dəyişən şəxs 4 uşaq anası olub. Mərhum xanımın həyat yoldaşı Babayev Asimin məlumatına görə, hadisə ehtiyatsızlıq ucbatından baş verib. Hadisənin dəqiq səbəbi hələlik bəlli deyil.  Faktla əlaqədar Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO