
- A-
- A
- A+
Gündəm
22:15 / 10.12.2018
1 dəq oxunma
Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yaydı
Hazırda oxunan: Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yaydı
250704
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistanda növbədənkənar parlament seçkiləri məzmun etibarilə demokratiyadan çox uzaq keçib. Bu təsbit Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahının səsvermənin yekunlarına dair bəyanatında yer alıb.
Bəyanatda qeyd olunub: “Seçkilər fərqli düşüncəyə dözümsüzlük, namizədlərə və onların tərəfdarlarına, yerli özünüidarəetmə orqanlarına kobud təzyiqlər və inzibati resurslardan görünməmiş miqyasda istifadə etməklə ksenofobiyanın təbliği şəraitində keçirilib”.
Partiyanın bəyanatında xatırladılıb ki, ölkədə parlament üsul-idarəsinə keçidin başlıca məqsədi cəmiyyətdə fərqli mövqedən çıxış edənlərlə həmrəylik şəraitinin yaradılması olub. “Lakin təəssüflə qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya müxtəlif təbəqələr arasında dərin uçurum yaradıb. Bununla belə, seçkilərdən əvvəl bizim qaldırdığımız məsələlər - yeni hökumətin xarici siyasəti, müdafiə və təhlükəsizlik sahələrində strategiyası bizdə narahatlıq doğurur və erməni xalqının gələcəyi də bu amillərdən asılıdır”, -deyə bəyanat müəllifləri vurğulayıb.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































