
- A-
- A
- A+
Gündəm
23:54 / 13.09.2017
5 dəq oxunma
"Anar müəllim Moskvada heç kəsin cəsarət etmədiyi dövrdə sözünü demək üçün tribunaya çıxdı"
Hazırda oxunan: "Anar müəllim Moskvada heç kəsin cəsarət etmədiyi dövrdə sözünü demək üçün tribunaya çıxdı"
191697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Artıq bir neçə gündür ki, Xəqani 34 ünvanında yerləşən Azərbaycan Yazıçılar Birliyinin binasının bir hissəsində icarəyə verilən “26”x9dadlı kafenin söküntüsü mediada, cəmiyyətə böyük rezonans doğurub. Nədənsə, 26 rəqəmi ilə adlanan kafenin məhz 26 Bakı komissarları ilə “əlaqəsi”x9d burada əsas səbəb götürüldü. Məsələ böyüdükcə, birliyin sədri, Xalq yazıçısı Anar həm mətbuata açıqlamasında, həm də ötən gün qurumun katibliyi ilə iclas zamanı yaydığı bəyanatda icarəyə verdikləri hissənin adının heç də əsasını ermənilər təşkil edən 26 Bakı komissarı ilə aid olmadığını bildirib. O, yeri gəldikcə AYB üzvlərinin və şəxsən özünün xaricdə olarkən erməni təxribatı ilə daim üz-üzə qaldığını söyləyib.
Yeri gəlmişkən, dünən yayılan bəyanatda birliyin mövqeyini tam şəkilə oxumaq olar.xa0
Tanınmış jurnalist, publisist Südabə Sərvi xa0Moderator.az-a açıqlamasında baş verənlərə təəssüfləndiyini, AYB-nin ölkə üçün çox vacib qurum olduğunu isbatlayan faktlarla çıxış edib:
“Neçə gündü mətbuatda, sosial mediada 26 mövzusu ətrafında söhbətlər gedir. Kənardan baxanda bəlkə də adi məsələdir. Amma elə deyil. Əslində, çox ciddi məsələdir. Bəzi qələm sahibləri, hörmətli həmkarlarım həqiqətə söykənmədən, ağına-bozuna baxmadan yazırlar. Bəzilərinin isə ürəyi doluymuş. Kimin AYB-dən zəhləsi gedirsə, Anar müəllimdən xoşu gəlmirsə, kim ordan xaric edilibsə, təqaüdə düşməyibsə və ya üzv ola bilməyibsə, saytlara müsahibələr verərək “Açırlar sandığı, tökürlər pamdığı...”x9dxa0
Daha doğrusu, Rəşad Məcid demiş, içlərindəki xıltı tökürlər. Həm də qərəzli şəkildə. Daha irəli gedərək AYB-dəkiləri fırıldaqçı, “vətən xaini”x9d adlandıranlar da var.xa0
Yadıma 37-ci il düşür”¦. Yazıçıların, ziyalıların “Vətən xaini”x9d adı altında güllələnməsi, sürgün edilməsi...!
İndi isə adamı sözlə “güllələyirlər..!”x9d Məsələn, “Bunların havadarları (26 kafesinin) ermənilərə xidmət edirlər. Amma biz onlara imkan verməyəcəyik”x9d, kimi sözlər deyilir.
Ermənini burda, Yazıçılar Birliyinin ətrafında, böyür-bucağında axtarmayın! Bu gün Azərbaycanda 30 mindən çox erməni yaşayır. Siz bundan danışın, cənablar!xa0
Etik normalara uyğun olmayan sözlər deməyin özü elə düşmənin dəyirmanına su tökmək deyilmi?
Məni tanıyanlar bilirlər ki, heç vaxt yaltaq olmamışam! 25 il mətbuatda, telekanallarda çalışmışam. M.Ə. Sabir demiş, “düzü düz, əyrini əyri”x9d yazmışam. Bu gün mənim Yazıçılar Birliyində nə bir vəzifəm var, nə də ordan umacagım. Hər zaman Allahıma və vicdanıma arxalanmışam. Dövlətimə, bayrağıma və torpağıma sadiqəm! Bunlar şablon deyil, tam səmimi etirafımdır! Anlayanlar üçün. Yazdığım hər kəlməmin, hər sözün altını qırmızı xətlə cızıram.
Yazırlar ki, guya son 25 ildə müharibə haqqında güclü əsər yazılmayıb. xa0Yazılıb! Çox yazılıb. Gənc yazarlarımız da, orta və yaşlı nəsil yazarlarımız da yazıblar. Və yazırlar! Sadəcə, oxumursunuz. Qarabağ və müharibə mövzusu bu gün əksər yazarlarımızın, xüsusən də Qarabağdan olan yazarlarımızın ən agrılı yeridir. Onlar ev-eşiklərindən, dogma ocaqlarından didərgin düşənlərdir ki, bunu da ancaq yaşayanlar bilər! Onların əsərlərindəki ağrı-acını duymaq lazımdır. “Qarabağ”x9d futbol komandası qələbə çalanda Qulu Ağsəs bir status paylasmışdı. “Adına qurban!”x9d Bu iki kəlmədə yangı var, dərd var, acı var, həsrət var.xa0
Elə istedadlı gənc yazarlarımız da var ki, pul dərdindən yazdıqlarını çap etdirə bilmirlər. Ev dərdindən evlənə bilmirlər. Onları çox gözəl anlayıram. İnsallah, bir qapı açılar. Moskva da birdən-birə qurulmayıb. Sovet dövrü deyil ki, yazıçıya yazdıqlarına görə külli miqdarda qonorar versinlər və o pulla yazıçı həm ev, həm də maşın ala bilsin. İndi dövr də, meyarlar da dəyişib. Şükür ki, müstəqilliyimiz var, öz bayrağımız, öz gerbimiz var, azadlığımız var.xa0
AYB-nin ləğv olunmasını istəyən həmkarlarıma səslənirəm: AYB niyə ləgv olunmalıdır?! Nəyə görə?! Bir anlığa təsəvvür edin ki, AYB bağlanıb. Orada çalışan nə qədər ailə başçıları, gözlərini ordan aldığı maaşa dikən qələm adamları işsiz qalacaqlar. Heç bu barədə düşündünüzmü? İldə bir dəfə hansısa gənc yazar dövlətimizin ayırdığı aylıq 200 manatı, yaşlı nəsli yazarlar isə 300 manatı alırsa və o təqaüdlə kitablarını çap etdirirsə, hansısa bir dərdini-problemini həll edirsə, bunun nəyi pisdir?xa0
İş olan yerdə nöqsan da olar. Hansı idarədə, təhsil müəssisəsində, lap elə nazirliklərdə hər şey düppədüz yolunda gedir? Hər şey idealdır?xa0
Guya sən AYB-də sədr olsan, hamı səndən razı qalacaq? Hamı sənin işini bəyənəcək?xa0
Əgər bu günə qədər Anar müəllim oranı qoruyub saxlaya bilirsə, biz ona “saq ol”x9d deməliyik. Mənim yadımdadır ki, 9-10 il əvvəl Yazıçılar Birliyi təmir olunanda söz-söhbət gəzirdi ki, binanı yazıçılardan alacaqlar. Anar müəllim avqust ayının qora bişirən vaxtında kondisioneri olmayan (təmirə görə götürmüşdülər) otaqların birində oturub bütün yayı istirahət belə etmədi.xa0
Anar müəllim ağır taxtalı kişidir. Bu gün yaşayan 3-4 milli ruhlu, milli düşüncəli yazarlarımızdan biridir. 1988-ci ildə Moskvada heç kəsin cəsarət etmədiyi bir dövrdə sözünü demək üçün tribunaya çıxmışdı.xa0
O gördüyü işlər haqqında aləmə car çəkmir, kiməsə xoş gəlmək üçün nəsə etmir. Nə qədər imkansız yazıçılara maddi və mənəvi dəstək olur. 2013-cü ildə unudulmaz şairimiz Əli Kərimin oğlu Orxanın kimlərinsə günahı ucbatından həbsdə yatmasına görə hörmətli cənab Prezidentə müraciət etdi və Orxanı məhkəmə zalından birbaşa azadlığa buraxdılar. Çingiz Abdullayev bu gün dünya şöhrətli yazarımızdır. Mən ANS-də “EL”x9d jurnalının şef-redaktoru oldugum zaman istedadlı aktyorumz Fəxrəddin Manafovdan yazı hazırlayırdım. Fəxrəddin müəllim söhbət əsnasında dedi ki, bir dəfə Moskvada onlarca adamın növbəyə düzüldüyünü gördüm. Yaxınlaşdım, birindən soruşdum ki, burda nə satırlar? Dedi ki, Çingiz Abdullayevin kitablarını satırlar.
Bir ölkənin, bir millətin xaricdə tanınan, oxunan ziyalısı o xalqın ucalığıdır! Yazıçıları tənqid edən sözləri eşitdikdə, bizə ancaq təəssüflənmək qalır.xa0
Bildiyini də, bilmədiyini də, hətta sadəcə, eşitdiyini yazıb sosial mediada paylaşanları da heç cür anlaya bilmirəm. Yazıçı müqəddəs anlamdır. Yazıçıya toxunmaq olmaz! Çünki o xalqın ağrıyan yeridir! Düşünən beyni, yazan qələmidir! Yazın. Amma vicdanla yazın. Həqiqətə söykənərək yazın".
xa0
Elmin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





























































































