"Şahbaz Quliyevə məktubu təzyiq altında yazdırırlar"

Hazırda oxunan: "Şahbaz Quliyevə məktubu təzyiq altında yazdırırlar"

139018

"Şahbaz Quliyevə məktubu təzyiq altında yazdırırlar".

Bu barədə Tərəfdar. az-a Ş. Quliyevin bacsı oğlu Ramiz Rəhimov bildirib. O, qeyd edib ki, girovumuza məktubu təzyiq altında yazdırırlar: "Məktubda həqiqəti əks etdirən odur ki, xətt özünündür. Öz kəlmələridir. O, açıq -aşkar heç nə yaza bilmir. İcazə verilmir. Təzyiqlər göstərirlər ki, açıq heç nə yazmasın. Qapalı yazır ki, hə salamatam , narahat olmayın, uşaqdan və anamdan muğayət olun. Standart sözlərdir. Həmişə də eyni sözləri yazdırırlar. Başqa nəysə yazmağa imkan vermilər".

R. Rəhimov diqqətə çatdırıb ki, Ş.Quliyevin anası onun girov düşməsindən xəbərsizdir: " Yaşlı, ağbirçək  qadındır. Bütün qohum- əqrabaya tapşırıqlar verilib ki, ona heç kim heç nə deməsin. Ürəyində bir az problemləri var. Bu səbəbdən gizlədirik ki, Allah uzaq eləsin nə olar nə keçər. Aldadırıq ki, Rusiyadadır. Oda  tez -tez soruşur ki, noldu Şahbaz niyə gəlib çıxmadı?. Deyirik gələcək, işləri çoxdur. Neynəyək, başqa çıxışımız yoxdur ".

Müsahibimiz bəyan edib ki, aidiyyatı qurumlar məsələ ilə məşğul olurlar.Ancaq hələ ki nəticə yoxdur: "Hamımız nəticəni gözləyirik. Girovlarımız Rusiyada və ya hansıa Avropa ölkəsində deyil ki,  gedib üzünü görəsən və vəziyyətini öyrənəsən. Əlimiz çatmayan bir yerdədirlır. Kim nə deyir ona inanırıq. Vəssalam.  Əlimiz çatan qurumlara müraciət edirik".

R. Rəhimov söyləyib ki, Ş Quliyevə məxsus fotolar istəsələr də, BQXK bunu təşkil etmir: " Foto yoxdur. Bir- iki dəfə Şahbaza uşağının şəkillərini göndərmişik.  Axırıncı dəfə də məktubda yazıb ki, uşağın şəkli gəldi. Bildik ki, şəkil çatıb. Özünün heç bir şəklini  gətirmilər. Bir ara dedilər ki, Skyple danışıq təşkil olunacaq. Heç onu da etmədilər. Buna da Ermənistan və Avropa təşkilatları maneə oldular. Bunu azyaşlı uşaqda bilir ki, buna maneə törədən onlardır. Cənab prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bütün aidiyyatı orqanlar onların azadlığa çıxmasına çalışır.  Lakin yalnız Azərbaycan deyil, beynəlxalq təşkilatlar da səy göstərməldirlər. Avropa təşkilatları yalandan deyir ki,  narahat olmayın hər şey yaxşı olacaq.  Amma hamsı boş söhbətlərdir. İndiyə qədər hansı Avropa təşkilatı dərdimizə məlhəm olub ki, indi də nəysə edə".

Həmsöhbətimiz onu da əlavə edib ki, Ş Quliyevin qızının sullarına cavab verə bilmir:"İstəyimiz odur ki,heç olmasa, qaraltısı ailəsinin üstündə olsun. Şahbazın 6-cı  sinifdə oxuyan qızı var. Rusiyada doğulub, boya -başa çatıb deyə rus dilində danışır.  Hər dəfə soruşur ki "pap qde". Mən də cavab verə bilmirəm. Uşaq duyuq düşüb. Əvəllər atasının ermənilərin əlində olduğunu o qədər də dərk eləmirdi. Amma indi dərk etməyə başlayıb. İki ildən artıqdır ki, atası yoxdur. Ona görə də, problemin olduğunu dərk edir. Deyiləsi dərd deyil. Biri var gedəsən başına iş gələ, bir də var ki, düşmənin əlinə keçəsən. Həsən Həsənov rəhmətə getdi. Allah rəhmət eləsin. Ailəsi haradasa,  təsəlli  tapır ki, vətən uğurunda şəhid olub. Şahbazla Dilqəmi isə biz oturub gözləyirik. Yəni diri-diri yanırıq. Görək dövlətimiz neyniyə bilir. Ümid bir Allaha bir də ölkə başçısı İlham Əliyevədir. Prezidentimizə inanırıq. Ölkə başçısı tanınmış zabitimiz Ramil Səfərovla bağlı dediklərini etdi. Neçə illər keçsə də R.Səfərovu ölkəmizə qaytardı. İnanırıq ki, Şahbazla Dilqəm də azadlığıa çıxacaqlar. Allahtəala bütün duaları qəbul edib, onların qapısını açar".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə”x9d qurulub. "Məhkəmə”x9dnin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Tərəfdar.az

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO