Mədəniyyət və Turizm Nazirliyinin xa0sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”x9d Kinostudiyasının çəkdiyi “Üç gün, bir ömür”x9d filminin rejissoru İrandan dəvət edilib. Babək Şirinsifət əslən azərbaycanlı olsa kinostudiyanın yerli rejissorları qoyub, onu dəvət etməsi bir çox sənət adamlarında narazılıq yaradıb. Kinorejissorlar Gildiyasının sədri rejissor Hüseyn Mehdizadə və başqa rejissorlar Babək Şirinsifətin filmə rejissor təyin olunmasını etirazla qəbul edib.
Moderator.az saytı mövzu ilə bağlı Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyin Mehdiyevin açıqlamasını oxucularına təqdim edir:
“Bu sahədə yetərincə təcrübəli rejissorlarımız var ki, onlar hazırda işsizdir, bu işin öhdəsindən də gəlməyə hazırdırlar. Babək Şirinsifətin şəxsiyyətinə toxunmadan deyə bilərəm ki, bu birmənalı şəkildə yanlış addımdır. Əgər çəkiləcək filmlərin sayı 10-15 olsaydı bu normal haldır, kənardan kimisə dəvət etmək olar, lakin çəkilən filmlərin sayı cəmi 1-2 ədəddir. Ona görə bu heç də düzgün qərar deyil. Burada Babək Şirinsifətin bir təqsiri yoxdur, dəvət ediblər, o da gəlib. Bizim bir iranlı dostumuz var, o da bu barədə məsələyə vaqif olmadan irad bildirib. Lakin bu yanlışdır, gərək o əvvəlcə bizimlə əlaqə saxlayıb, məsələni tam öyrənərdi. Çünki onun giley-güzarının heç bir əsası yoxdur, həqiqitə uyğun fikir bildirməyib, çünki biz heç kəsin şəxsiyyətinə toxunmadan, görülən işlərə öz münasibətimizi bildiririk”x9d.
Kəmalə Yusifli































































































