Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Qarabağda mümkün müharibəyə hazırlıq məqsədi ilə döyüşçü faktoruna diqqət yetirməyin zəruriliyinə diqqət çəkib. Müharibələrin texnika deyil, insan amili hesabına qazanıldığına diqqət çəkən ekspert, Azərbaycanda bu sahədə müəyyən problemlərin olduğunu qeyd edib:
“Təbii, ordunun müasir silah-sursatla təchizatı mühüm məsələdir və bu sahədə atılması gərəkən addımlar atılmalıdır. Lakin unutmaq olmaz ki, müharibəni silah, texnika udmur.xa0 İstənilən mühribəni insan faktoru udur, döyüşçü, zabit faktoru qazanır. Bu sarıdan bizdə müəyyən qüsurlar var.xa0 Çalışıb bu sahədəki problemləri aradan qaldırmaq lazımdır. Əgər buna nail olsaq, o zaman müharibəni taleyini həll etmiş olarıq”x9d.
xa0
Seymur Əliyev
xa0



































































































