"Azərbaycanda biznesin yoxlanılması 500 dəfə azalıb" -Nazir

Hazırda oxunan: "Azərbaycanda biznesin yoxlanılması 500 dəfə azalıb" -Nazir

133652
Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının iki il müddətinə dayandırılmasından (2015-ci il noyabrın 1-dən) sonra yalnız 44 yoxlama aparılıb, o cümlədən, 2016-cı ilin I rübündə 34 yoxlama həyata keçirilib.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününün təsis edilməsinə həsr edilmiş mətbuat konfransında deyib.

Müqayisə üçün 2015-ci ilin I rübündə 19 mindən çox yoxlama aparılıb.(Trend)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO