Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər

Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər

Hazırda oxunan: Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər

130856
Həftə ərzində 36 hərbçi ölüb, 122 nəfəri isə yaralanıb.xa0

Moderator.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan bildirib.

“Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş və sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”x9d, - deyə o bildirib. İşğalçı xa0ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: “Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”x9d.

Arustamyan əlavə edib ki, 21 erməni hərbçisi itkin düşmüş hesab edilir.

Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO