Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d

Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d

Hazırda oxunan: Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d

117055
Bu gün dəhşətli 20 yanvar gecəsinin 26-cı anım günüdür. Bu tarix haqqında çox danışmağa o qədər də ehtiyac yoxdu. Yazılanlar yazılıb, deyilənlər deyilib. Yazılmayanlar da nə zamasa günəşli gün görəcəklərinə ümid edirlər. 

Moderator.az saytı o gün dünyasını dəyişən və bəlkə də ən ağrılı ölüm yaşamış şəhid Yusif Sadıqov barəsində onun bacısı professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova ilə söhbətləşib. Hazırda Terminologiya Komissiyasının sədr müavini olan Sayalı xanım nə qədər çətin olsa da o günləri hər dəqiqəsi ilə xatırlayır. Ən ağrılı an isə qardaşının cəsədinin deyil, yalnız bir qolunun dəfnidir. Yusif Sadıqov Elmlər Akademiyası Mexanika-Riyaziyyat İnstitutunun aspirantı ikən dünyasını dəyişdi. 

Yarımçıq qalan elmi iş

- Yusif orta məktəbi qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil oldu. 3-cü kusrda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib və birinci yerə layiq görülüb. Bu uğurlarına görə ona bir neçə dəfə təşəkkürnamə də verilib. Universiteti bitirən il qərar çıxardılar ki, mütləq Elmlər Akademiyasının Mexanika- Riyaziyyat İnstitutunda elmi fəaliyyətini davam etdirməlidi. Elə də oldu. Özünün də çox marağı var idi. BDU-nu fərqlənmə diplomu ilə bitirdi və ard-arda 3 “beş”x9d alaraq aspiranturaya qəbul olundu. Elmi işinə çox həvəslə başlamışdı. O zaman ancaq Vilnus, Kiyev və  Moskva kimi şəhərlərdə riyaziyyata aid olan elmi məqalələri çap etmək olardı. O da buna nail olurdu. Elmi rəhbəri sonradan akademik olan Akif Hacıyev idi.

Bu hadisələr başlayanda Yusif  3-cü il idi ki, aspiranturada oxuyurdu. Artıq minimumlarını vermişdi. Qalırdı bircə müdafiə etmək. Hələ yanvarın birində bir ziyalı kimi, sağlam məntiq sahibi kimi bu hadisələrdən danışırdı.  Deyirdi, əgər Tiflisdə olubsa, bizdə ola bilməz. Evimiz “Salyanski”x9d adlanan məşhur hərbi kazarmanın yanında idi. Maraqlı bir detalı deyim ki, yanvarın 19-dan 20-nə keçən gecə Yusifina ad günü idi. Həm də nişanlı idi. Nişanlısı universitetdə oxuyurdu. Yusif də səhər onu imtahana aparmalı idi. Amma qəfildən tank səslərini eşidəndən sonra bizə də deməmiş sakitcə evdən çıxmışdı.

“Özünü tankın altına atdı”x9d

- Bizim ev Salyan kazarmasının yanında idi. Yusif ora ən tez gedənlərdən biri oldu. İnsanlar hələ bilmirdilər ki, nə baş verib. Bəziləri hətta atılanların həqiqi güllə olduğuna da inanmırdı. Yusifin də ilk işi o oldu ki, onları məlumatlandırsın. Xəbərdar etsin ki, hələ də dərk etmədikləri təhlükədən xilas olsunlar. Amma elə bu vaxtı görür ki, ard-ard ondan çox insan yerə yıxıldı. Bəzilərini özü “Semaşka”x9d xəstəxasına çatdırmışdı. Təbii ki, biz bunları görməmişdik. Hadisənin şahidi olanlar bizə danışıblar. Emosiyanın təsirindənmi, ya nədənmi irəliləyən tankın qarşısına çıxır. O, vətəni, insanları çox sevirdi. Heç nə düşünmədən belə edib. Elə o məqamda da tankın altında qalıb. 

Səhərisi gün bütün ailə üzvlərimizlə kazarmanın qarşısına gələndə Yusifdən heç bir nişanə tapmadıq. Atam 55 il riyaziyyat müəllimi, ictimai fəal,  SSRİ maarif əlaçısı olub. Amma kazarmanın qarşısında birinci o, özünün partiya biletini yerə tulladı. Ondan heç bir xəbər yox idi. Nəhayət axşam atam Yusifin papağı ilə evə qayıtdı. Dedi, bunu kazarmanın qarşısında tapmışam. O, yüz faiz orda olub. Biz təbii ki, buna inanmaq istəmirdik. Yəni belə tez öləcəyinə inanmaq istəmirdik. 

Haşiyə

- Yusif tələbə vaxtı həm də poeziyaya meyil salmışdı. BDU-nun filologiya fakültəsinin nəzdindəki dərnəyin fəal üzvlərindən biri idi. Ölümündən sonra biz onun xatirəsinə ithaf olaraq “Şəhidlər ölmür, ulduzlar sönmür”x9d kitabını çap etdirdik. Yazıçılar Birliyində kitabın təqdimatı oldu. Təqdimat zamanı bir də gördük ki, hardasa 35 yaşlarında tanımadığımız bir xanım hönkür-hönkür ağladı. Dedi, mən Yusiflə eyni vaxtda dərnəyə gedirdim. Sonradan o, Moskvaya getdi və biz elə bildik ki, daha orada yaşadı. Amma belə olduğunu bilməmişik. 

Akademiyanın o zamankı prezidenti Fərəməz Maqsudov Yusifi şəxsən tanıyırdı və onu çox istəyirdi. Ölümündən sonra dedi ki, o, miniumlarını da vermişdi və müdafiə etmək qalırdı. Biz onu elmlər namizədliyini təsdiq edək. Ziya  Bünyadov və başqa nüfuzlu alimlər də bu məqsədlə imza toplamışdılar. Amma vəziyyət çox qarışıq idi. Attestasiya Komitəsi də dağılmışdı o vaxtlar. Həm də biz istəmədik. Yusifin özü olmayandan sonra onun elmlər namizədi diplomu da bizə gərək deyildi.

“Güllə atamın papağının yanından ötdü”x9d

- Çox dəhşətli günlər idi. 20 yanvar gününün səhərisi biz ailəliklə Yusifi axtarırdıq. Amma yenə də şəhərdə tanklar gəzirdi. Hər tankın da üstündə boyları 2 metrə yaxın, saqqalı, narkamanları xatırladan əsgərlər var idi. Elə öz keflərinə, əhalini təşvişdə saxlamaqdan ötrü güllələri göyə sovururdular. Bizə də hədə-qorxu gəlirdilər ki, sizi də öldürərik. Atam axırda dözmədi. Dedi, nə istəyirsiz bu insanlardan?! Niyə öldürürsüz onları?! Elə bu məqamda əsgərlərdən biri atama güllə atdı. Atam həmişə silindr papaq qoyardı. Güllə o papağa dəydi...

“Qolu görüb dəhşətə gəldim”x9d

- Mən özüm də ciddi cəhdlə onu axtarırdım. Bu vaxt dəhşətli mənzərənin şahidi oldum. Haradasa 14-15 cavanı bir sıraya düzüb hamısını ürəyindən vurmuşdular. Dəhşətə gəldim, baxa bilmədim. Sağa fırlananda gördüm ki, yerdə bədəndən ayrılmış insan qolu var. Dəhşətli bir görüntü idi. Deyirdim, ilahi, necə olar bilər ki, qol bədəndən bu cür ayrılar?! Amma sən demə bu elə Yusifin qolu imiş. Bir müddətdən sonra o qol bizim qapıya gəldi. Tank həmin qolun üzərindən də  keçmişdi. Tank tırtıllarının izləri onun üzərində idi. Əvvəlcə biz özümüz bildik ki, bu mənim qardaşımın qoludur. Çünki geydiyi köynək, polver və pencəyin nişanələri qalmışdı. Sonradan ekspertiza da bunu təsdiq etdi. Ən dəhşətlisi də bu qolu görmək idi. Tank qolu yaman günə qoymuşdu.

O zaman “Semaska”x9d xəstəxasındakı mənzərəni görmək sadəcə mümkün deyildi. İnsanlar hamısı meyit növbəsinə düzülmüşdü. Kimisi yalvarırdı ki, nə olardı bizim ölümüz olmaya idi. Kimisə də yalvarırdı ki, bizim ölümüz olsun təki, cəsədini əldə edə bilək. Çünki çox cəsədləri dənizə atmışdılar. İnsanlar öz yaxınlarının cəsədlərini tapa bilmirdi.  Heç buna imkan da vermirdilər. Adamların bəziləri ilk günlər öz yaxınlarını rayonlarında dəfn etdilər. Şəhidlər Xiyabanı salınandan sonra cəsədləri basdırıldığı yerdən çıxarıb gətirənlər də oldu.

“Akademiya prezidenti Fərəməz Maqsudov atamla birgə ağlayırdı”x9d

- Yusif Sadıqov AMEA-nın Mexanika Riyaziyyat İnstitutunun aspirantı olub. Bu gün də həmin institutuda onun adına otaq var. Yusifin haqqında yazılan bütün yazılar, materiallar orada saxlanılır.  Akademiyanın mərhum prezindenti Fərəməz Maqsudov rəhmətə gedənə qədər hər il 20 yanvar günü bizə gəlirdi. Atamla birgə o, da göz yaşı axıdırdı. Deyirdi ki, heyf ki, biz insanla bərabər, həm də gözəl bir başı itirdik. Yusif çox böyük alim ola bilərdi. Onun gələcəyi parlaq idi. 25 yaşı olmasına baxmayaraq biz onu yetişmiş professor kimi görürdük. 

Mən özüm dilçiyəm. Fikirləşdim ki, Yusifin xatirəsini necə yaşada bilim. Odur ki, fizika-riyaziyyata yaxın bir mövzuda doktorluq işi götürdüm və müdafiə etdim. Bunu Yusifə görə seçdim. BDU-da doktorluq müdafiəm zamanı içəridə oturan riyaziyatçılar dedi ki, biz elə bilirdik, Yusif də bu otaqdadır. O, da hamı ilə birlikdə sizə səs verir".

Elmin NURİ
Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d
 Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d
 Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d
 Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d
 Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d
 Dövlət Komissiyasının sədr müavini: “Qardaşımın bədəndən ayrılmış qolunu görəndə dəhşətə gəldim”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO