Bir inci saflığı varsa da suda...

Bir inci saflığı varsa da suda...

Hazırda oxunan: Bir inci saflığı varsa da suda...

631554
"Sudan zəhərlənmə zamanı şüurun dolaşıqlığı, müvazunətin pozulması, ürəkbulanma əlamətləri yaranır..."
 
"Kəllədaxili təzyiqin yüksəlməsi baş beynin zədələnməsi və hətta ölümlə nəticələnə bilər..."
 
Təsadüfən həddən artıq su içilməsi çətindir, lakin idman tədbirlərində və ya intensiv məşqlər zamanı bunu insanlarda tez-tez müşahidə etmək olar.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "En Son Haber" nəşri yazıb.
 
Su intoksikasiyasının əlamətlərinə bir qayda olaraq şüurun dolaşıqlığı, müvazinətin pozulması, ürəkbulanması daxildir. 
 
Nadir hallarda sudan zəhərlənmə zamanı baş beyinlə bağlı problemlər yarana və ölümlə nəticələnə bilər.
 
Normadan artıq sudan istifadə edilməsindən zərər heyrət doğurur
 
Orqanizmin normal fəaliyyəti üçün suya ehtiyacı var. Lakin həddən artıq böyük miqdarda mayedən istifadə edilməsi qısa müddət ərzində sağlamlıq üçün ciddi fəsadlar yarada bilər.
 
Böyrəklər bir saat ərzində orqanizmdən 0, 8 - 1, 0 litr su çıxara bilər. Ona görə də qəflətən çoxlu miqdarda sudan istifadə edilməsi orqanizmin elektrolit balansını poza bilər.
 
Sudan həddən artıq istifadə edilməsi nə ilə təhlükəlidir?
 
İnsan həddən artıq su içəndə onun baş beyninin hüceyrələri şişir, kəllədaxili təzyiq yüksəlir. Bu, su intoksikasiyanın ilk əlamətlərini, o cümlədən ürək bulanması və baş ağrıları törədir. Su ilə zəhərlənmənin ağır halları daha ciddi əlamətlərə gətirib çıxara bilər.
 
Orqanizmdə mineralların miqdarı azalır, su osmos sayəsində su-elektrik balansının bərpa edilməsi üçün hüceyrələrə nüfuz edir, beləliklə, hüceyrələr şişir.
 
Ödem (şişkinlik) baş beyində olduqda xüsusilə təhlükəlidir. Kəllədaxili təzyiqin yüksəlməsi baş beynin zədələnməsi və hətta ölümlə nəticələnə bilər.
 
Beləliklə, ən yaxşısı suyu öz həyat tərzinizə uyğun içməkdir. Diyetoloq Nupur Krişnanın sözlərinə görə, insanın istifadə edəcəyi suyun miqdarı barədə qərar veriləndə həyat tərzi mühüm rol oynayır. 
 
"Əgər siz az hərəkət edirsiniz və tərlə çox su itirmirsinizsə, o zaman gündə 2-2,5 litr su içmək tövsiyə edilir. Əks halda içdiyiniz su böyrəklərdə toplanacaq və ödem yaradacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO