Nazirin ofisindən zorakılığın "demokratiyamız üçün" ən böyük təhlükə olduğu bildirilib...
İsrailin iqtisadiyyat naziri Nir Barkat martın 16-ı axşam saatlarında Kfar-Səba şəhərində anarxist etirazçıların hücumuna məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə yerli "Jewish Press" nəşri məlumat yayıb.
Məmur Kfar-Səbaya "Likud" partiyasının yerli şöbəsində çıxış etmək üçün gedib. Yaxınlıqda anarxistlər olub və onlardan biri Barkatın danışdığı zalın şüşə pəncərəsinə daş ataraq pəncərəni sındırıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Çıxışdan sonra etirazçılar onu ələ salaraq yolunu kəsməyə çalışdıqları üçün polislər naziri maşınına mindiriblər.
“Zorakılıq demokratiyamız üçün ən böyük təhlükədir. Mən müxalifət liderlərini məsuliyyət nümayiş etdirməyə və zorakılığı heç bir formada qanuniləşdirməməyə çağırıram. Bu qan tökülməsi ilə nəticələnə bilər”, – nazirin ofisindən bildirilib.
Sultan Laçın


































































































