ISW:

ISW: "Baxmutda ilişən Rusiya general Muradovu xilas etmək üçün başqa şəhərə hücuma hazırlaşır"

Hazırda oxunan: ISW: "Baxmutda ilişən Rusiya general Muradovu xilas etmək üçün başqa şəhərə hücuma hazırlaşır"

609795
"Şoyqu general Muradova, nəyin bahasına olursa-olsun, Uqledarı ələ keçirməyi əmr edib..."
 
"Şəxsi heyət və döyüş sursatları ilə bağlı daimi problemlər bundan sonra da Rusiya ordusunun irəliləməsinə mane olacaq..."
 
Baxmut uğrunda döyüşlər davam edir, lakin rusiyalı hərbçilər yenidən Donetsk vilayətinin Uqledar şəhərinə hücuma hazırlaşır.
 
Moderator.az xəbər verir ki, Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bu nəticəyə gəlib.
 
Ekspertlər 136-cı motoatıcı briqada əsgərlərinin videomüraciərinə diqqət çəkib, onlar deyib ki, Uqledar istiqamətində məhv edilən 155-ci dəniz piyada briqadasını əvəzləyiblər.
 
Analitiklər qeyd edir ki, bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donbası ziyarət edib, orada, ekspertlərin fikrincə, o, Şərq hərbi dairəsinin komandanı general-polkovnik Rüstəm Muradovun karyerasını xilas edə biləcək Uqledar hücumunun "həyati qabiliyyətli olmasını" dəyərləndirmək istəyib. 
 
Hesabat müəllifləri güman edir ki, Şoyqu Muradova Müdafiə Nazirliyinin ünvanına edilən tənqidlərin qarşısını almaq üçün, nəyin bahasına olursa-olsun, Uqledarı ələ keçirməyi əmr edib.
 
Lakin analitiklər qeyd edir ki, şəxsi heyət və döyüş sursatları ilə bağlı daimi problemlər, ehtimal ki, bundan sonra da Rusiya ordusunun irəliləməsinə mane olacaq.
 
Baxmuta gəldikdə, orada şəhərin şərq hissəsinin ələ keçirilməsindən sonra "Vaqner qrupu"nun hücum əməliyyatı müvəqqəti taktiki fasilə mərhələsinə qədəm qoyub və muzdluların gələcək hücumlarında özünün operativ üstünlüyünü qoruyub saxlaya biləcəyi aydın deyil, ISW hesab edir.
 
Analitiklər qeyd edir ki, "Vaqner" döyüşçüləri doqquz ay ərzində şəhərə hücum edir, böyük itkilərə məruz qalır, indi isə, ehtimal ki, şəhərin mərkəzində yerləşən Baxmutka çayını keçməyə hazır deyil.
 
Analitiklər 136-cı briqadanın 155-ci briqadadan daha çoxuna nail ola biləcəyinə şübhə ilə yanaşır. Şoyqunun Muradova hücum üçün zəruri olan resursları verəcəyinə qərar verməsi indiyədək aydın deyil. 
 
Lakin Muradov özünün səriştəliyini nümayiş etdirmək üçün hücum əməliyyatlarına istənilən halda qərar verə bilər. ISW-nin dəyərləndirməsinə görə, Rusiya qüvvələrinə Donetsk vilayətinin digər hissələrində əməliyyatlara dəstək vermək üçün Uqledar rayonundakı cəbhə xəttindən 24 km irəliləmək lazım gələcək.
 
ISW bundan öncə qeyd edib ki, Uqledar və Baxmut ətrafında vəziyyət yaz əkshücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin xeyrinə ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO