67 yaşlı Rozenbaum ABŞ Baş Prokuroru tərəfindən Ukraynada hərbi cinayətlərin araşdırılması üzrə qrupun rəhbəri təyin edilib
Amerikanın ən məşhur "nasist ovçusu", ABŞ Ədliyyə Nazirliyinin əməkdaşı Eli Rozenbaum ABŞ Baş Prokurorunun tapşırığı ilə Rusiyanın Ukraynada hərbi cinayətlərini araşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Eli Rozenbaum 35 il ərzində ABŞ-da gizlənən nasist cinayətkarlarının ovu ilə məşğul olub, bu peşəsində öz sələflərinə bənzəmək istəyib. İndi, Ukraynada işləyərkən, əvvəlkitək ikinci dünya savaşından sonra Adolf Hitlerin əlaltılarını təqib edənlərin təcrübəsinə söykənir.
Öz karyerasında ilk dəfə olaraq Rozenbaum cinayətlərin törədilməsindən dərhal və ya demək olar ki, dərhal sübutlarını axtarır.
"Mən münaqişə artıq bitəndən sonra vəhşiliklərlə bağlı olan cinayətlər üzərində işləməyə vərdiş etmişəm: ikinci dünya savaşı, Ruanda, Bosniya, Qvatemala və s., - o, bu yaxınlarda "Jеwish Telegraphic Agency" nəşrinə müsahibəsində deyib. - Lakin bu halda vəhşiliklər hər gün törədilir".
67 yaşlı Rozenbaum deyib ki, o, ABŞ Baş Prokuroru tərəfindən Ukraynada hərbi cinayətlərin araşdırılması üzrə qrupun rəhbəri təyin edildiyi iyun ayından "24/7 olmasa da, 20/7" rejimində işləyir.
Buna qədər Rozenbaum öz karyerasının çox hissəsini Ədliyyə Nazirliyinin 1995-2010-cu illərdə rəhbərlik etdiyi Xüsusi Tədqiqatlar İdarəsində keçirib (OSI).
OSI ABŞ-da gizlənən 70 nəfər nasisti axtarıb və deportasiya edib
2004-cü ildə o, öz səlahiyyətini genişləndirib və ABŞ-a daxil olan başqa münaqişələrə cəlb edilən hərbi cinayətkarları izləməyə başlayıb.
Onun sözlərinə görə, Rozenbaumun indiki komandası "Ukrayna hakimiyyətinə geniş texniki yardım, o cümlədən operativ yardım və cinayət təqibi, sübutların toplanması, kriminalistika və müvafiq hüquqi təhlil məsələləri üzrə məsləhətlər təqdim edir".
Öz işindən danışarkən, Rozenbaum dəfələrlə hərbi cinayətlərə görə məhkəmə təqibinin pionerlərinə qayıdır, onların arasında Nürnberq prosesində nasistlərin indiyədək bəlli olmayan anlayışa- "təcavüz cinayəti"nə görə təqib edilməsinin əsasını yaradan ABŞ Ali Məhkəməsinin hakimi Robert Cekson də var.
Rozenbaumun sözlərinə görə, Ceksonun gördüyü iş aktuallığını saxlayır, çünki Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır, bu da rusiyalıların bu orqanda təqibini çətinləşdirir. Bunun əvəzinə Ukrayna rusiyalılar üzərində Nürnberq prosesinə bənzər xüsusi tribunal yaratmaq istəyir.
"Biz daima Nürnberqə müraciət edirik, bu, beynəlxalq cinayətlər üzrə bütün məhkəmə proseslərinin anasıdır, - Rozenbaum deyib. - Bir çox cəhətdən bu, beynəlxalq cinayət hüququnun mənbəyidir".
"Təcavüz cinayəti" nə deməkdir?
Rozenbaum hesab edir ki, "təcavüz cinayəti" xüsusilə Ukrayna işi üçün aktualdır, çünki Rusiyanın hərbi müdaxiləsi təhrik edilməyən olub. Bu termin Nürnberq prosesinin prinsiplərində təsbit olunmuş beynəlxalq hüququn qanununun, sonra isə ABŞ prezidenti Harri Trumenin xeyir-duası ilə BMT Nizamnaməsinin bir hissəsi olub.
Rozenbaum hakim Ceksonun Trumenə məktubunda nədən indiyədək təcavüzün təqib edilməsi üçün presedentin olmadığını izah edib.
"Köhnə zamanlarda dövlətlər özlərini məhz belə aparıb. Onlar bir-birilərinə hücum edib və beynəlxalq hüquqa görə onların müxtəlif hüquqları olub, - Rozenbaum deyib. - Cekson deyib ki, buna son qoymaq lazımdır və prezident Trumeni buna inandırıb, indi bizim beynəlxalq hüquqda bu cinayətimiz var.
Rozenbaum deyir ki, Ukrayna Ceksonun uzaqgörənliyini sübut edir. O, Ceksonun Nürnberq prosesində giriş nitqindən iqtibas gətirib: "Bu təqdiqatın əhəmiyyəti ondan ibarətdir ki, bu məhbuslar onların cəsədləri külə çevrilməmişdən öncə hələ uzun müddət dünyada gizlənəcək çox pis təsirə malikdir".
Rozenbaum da Cekson kimi ABŞ hökumətinə hərbi cinayətlərin təqibi üzrə öz imkanlarını genişləndirməyə çağırış edir. Konresdəki ifadələrində Rozembaum kədərli hüquqi çatışmazlığa diqqət çəkib: soyqırım cinayətindən fərqli olaraq, hərbi cinayətlər Amerika tərəfli (icraçı və ya qurban qismində) olmalıdır ki, Amerika məhkəməsində baxmaq mümkün olsun.
"Bu, o deməkdir ki, əgər Ukraynadakı hərbi münaqişədə hərbi cinayətkar bu gün ABŞ-a gəlib və sonradan identifikasiya edilibsə, hərbi cinayətlər haqqında qanunumuz ona tətbiq edilə bilməyəcək. Bu da həmin hərbi cinəyətkara və başqa şəxslərə bizim küçələrdə sərbəst gəzməyə və məhkəmə təqibindən ehtiyat etməməyə imkan verəcək", - Rozenbaum Konqresdə ifadələrində deyib.
Gözlənilməz paralellər
Rozenbaum nasistlərin cinayətlərını tədqiq edərkən qarşısına çıxan iki nəfərdən indiyədək heyrətlənir. Bunlar Osventsimdən qaçan və nasist soyqırımının mexanikasını müfəssəl olaraq bütün dünya üçün təsvir edən Slovak yəhudiləri Rudolf Vrba və Alfred Vetslerdir.
"Mən məhkəmədə baxılacaq ilk işdə şahid qismində olan Rudolf Vrba ilə tanış olmuşam. Nəticədə iş məhkəməyə qədər gedib çatmayıb, müttəhim təslim olub, lakin bu, Çikaqoda baxılan Osventsim haqqında iş olub və Rudolf oraya gəlib", - Rozenbaum deyir.
İndi o, Ukraynada Rusiya cinayətlərinin sağ qalan şahidlərini qarşılayır, onlar da bu cür sübutlar toplayır və öz dəhşətli təcrübəsi barədə dünyaya danışır.
Rozenbaum Nürnberq prosesi zamanlarından olan daha bir cüt tədqiqatçılarını yenidən aktual sayır, bunlar Mərkəzi Kəşfiyyat İdarəsinin sələfi olan Strateji Xidmətlər İdarəsində əfsanəvi Hollivud rejissoru Con Fordun rəhbərliyi altında işləmiş Badd və Styuart Şulberqi yəhidi qardaşlarıdır. Qardaşlar nasistlərin özlərinin törətdiyi vəhşiliklər haqqında filmləri tapıb məhkəməyə təqdim edib.
Onun sözlərinə görə, sübutların belə toplanması hazırda Ukraynada baş verir.
"Sıx əməkdaşlıq etdiyimiz Ukrayna hakimiyyətinin malik olduğu veb-sayta ictimaiyyət öz videoyazılarını yükləyə bilər,- o deyib.- İndi isə hər bir kəsin mobil telefonu və videokamerası var... Cinayətlərin nəticələrinin və hətta törədilməsinin nə qədər sübutları videolarda əks etdirilib".
Müəllif: Aleksandra Appelberq


































































































