"Rusiyanın energetika terroruna tab gətirmək üçün Ukrayna üçün 6 addım..."

Hazırda oxunan: "Rusiyanın energetika terroruna tab gətirmək üçün Ukrayna üçün 6 addım..."

577353
"Artıq on aydır ki, Ukrayna Rusiya təcavüzünə qarşı qətiyyətlə və cəsarətlə müqavimət göstərir..."
 
"Rusiya döyüş meydanında Ukraynaya qalib gələ bilməyib, ona görə də mülki infrstrukturun məhvinə yönələn riyakar strategiya seçib..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Parisdə keçirilən "Ukrayna xalqı ilə həmrəyik" konfransında Avropa liderlərinə videomüraciətlə çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukraina" nəşri məlumat yayıb.
 
Öz nitqində Ukrayna lideri ölkəsinə Rusiya tərəfindən törədilən enegetika terroruna tab gətirməyə kömək edəcək altı addımı açıqlayıb.
 
1. Ukraynanın "transformatorlara, yüksək voltlu şəbəkələrin bərpası üçün avadanlığa, qaz turbinlərinə və qaz porşenli enerji bloklarına ehtiyacı var".
 
2. İstilik mövsümünün sonunadək (bəlkə də daha çox müddətə) Ukraynanın enerji sisteminə Avropa ölkələri tərəfindən "qəza dəstəyi" tələb olunacaq.
 
3. Zelenski kritik energetika infrastrukturu obyektlərinə Zaporojye AES-i ziyarət edən MAQATE nümayəndə heyətinə analoji olaraq Avropa İttifaqı nümayəndələrinin xüsusi missiyalarını göndərməyi xahiş edib.
 
4. Qarşıdan gələn qışı keçirmək üçün Ukrayna iki milyard kub metr qaz almalıdır. Bunun üçün də Qərb qonşularının köməyi tələb olunur.
 
5. İşıqla bağlı daimi fasilələr şəraitində tədarük bəndinin daha bir bəndi aşağıməsrəfli LED-lampalarıdır.
 
6. Bugünkü konfransa oxşar çoxtərəfli görüşlərin "Paris mexanizmi" təsis edilməlidir, bu da "Rusiyanın hər bir enerji terroruna vaxtında və səmərəli cavab verməyə imkan yaradacaq".
 
Zelenskinin sözlərinə görə, bu altı vəzifənin icrası "Ukraynaya qışa tab gətirməyə imkan verməklə yanaşı,  istənilən antidemokratik və antiAvropa qüvvələrinə ( ilk növbədə Rusiyaya) Avropanın fəlakətə yol verməməyi və öz insanlarını qorumağı öyrəndiyini əyani şəkildə sübut edəcək".
 
Xatırladaq ki, bu gün Parisdə Fransa prezidenti Emmanuel Makronun başçılıq eydiyi "Ukrayna xalqı ilə həmrəyik" beynəlxalq konfrans işə başlayıb. Tədbirdə 46 ölkə və 24 beynəlxalq təşkilatın nümayəndələri, habelə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen iştirak edir. Konfrans bu qış Ukraynaya yardıma həsr edilib.
 
"Artıq on ay ərzində Ukrayna Rusiyanın fevralın 24-də törətdiyi təcavüzə qarşı qətiyyətlə və cəsarətlə müqavimət göstərir. Bu dəfə bu barədə açıq demək istəyirəm. Unutmayaq ki, bu təcavüz 2014-cü ildə başlayıb", - Fransa lideri mərasimin açılışı zamanı deyib.
 
Makronun sözlərinə görə, Rusiya döyüş meydanında Ukraynaya qalib gələ bilməyib, ona görə də "Ukraynanın mülki infrastrukturunun məhvinə yönələn riyakar strategiyanı seçib, məqsəd isə özünün hərbi məğlubiyyətlərinə cavab vermək, dinc sakinlər arasında dəhşət yaymaqdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO