Bir az da geciksək ar olsun bizə...

Bir az da geciksək ar olsun bizə...

Hazırda oxunan: Bir az da geciksək ar olsun bizə...

73333
Moderator.az gənc şair Səxavət Kəlbəcərlinin Şuşa qalasında  dustaq olan Dilqəmlə Şahbaza həsr etdiyi "Şuşa Qalası" şeirini təqdim edir:



ŞUŞA QALSI

Olmusuz Vətəndə yağı dustağı, 
Dönüb ürəyiniz daşa, qalası.          
Necə qıfıllanır bəs üzünüzə,                          
O Şuşa qalası, Şuşa qalası?!

Ömürlük düz cəza kəsiblər sizə
Gəlirik, ömürlük Şuşa bizimdi.
Bir az da geciksək ar olsun bizə
Ta bəsdi getmişik huşa, bizimdi.

İyirmi il nə qədər susduq, bağırdıq,    
Pis qonşu kimliyin niyə anmadı?   
İyirmi il onları haqqa çağırdıq,      
Nə bir sülhə gəldi, nə də qanmadı.

Tanrı da sizlərə o bəxti yazdı,   
Zülümlə birgəsiz, haqqın yarısız.   
Səfərin, zəfərin mübarək deyim,         
Siz qəti döyüşün səbəbkarısız!

Yarasın sağaldaq Ana Vətənin,  
 Bu yolda tökülsə, halaldır qanım. 
 Uğurlar diləyək bu son döyüşdə,       
 Qoy Qələbə çalsın Azərbaycanım!

25.03 .2015. 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO