Təbrik

Təbrik

Hazırda oxunan: Təbrik

46710











Daha istəmirəm çəkdiklərimi,

Sən də yaşayasan, yanasan artıq.

Mənimçün nə qədər ağır olsa da,

Bilirəm, kiməsə anasan artıq.

 

Bu gerçək ən böyük səddi mənimçün,

Bu gerçək mənimçün ən böyük ağrı.

Birgə qurduğumuz xəyallar indi,

Özgə birisinin isminə bağlı.

 

Yox, yox, giley sanma dediklərimi,

Sənə bu nəğməylə vida deyirəm.

Ana imtiyazı, ana adını,

Getmədən son dəfə təbrik edirəm.

 

Sənin səadətin bəsdi mənimçün,

Mənə bu qədər də kifayət edər.

Gündə bir, ayda bir, ildə bir dəfə

Mənim varlığımı düşünsən yetər.

 

Nə xəyal etmişdi, nələr yaşadı,

Nə odlar, alovlar gördü bu ürək.

Səndən son xahişim həmin körpəni,

Mənim də yerimə sevəsən gərək.

 

Elə sanaram ki, mənim üçündür,

Ona göstərdiyin hər bir məhəbbət.

Bir körpə donunda geriyə dönüb,

Mənim həyatımdan qaçaq səadət.

 

Sev onu qəlbinin hərarətiylə,

Sanmasın özünü həyatda yalqız.

Böyüt özün kimi mətin, ağıllı,

Özün tək duyğusuz böyütmə yalnız.

 

Mənisə dərd etmə, yaxşıyam mən də,

Necə qoymusansa, elə qalmışam

Çoxdan unudulan arzular kimi,

Hesabt et, dünyada heç olmamışam.

 

Seymur Əliyev

e-mail: seymur_dq04@mail.ru

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO