Orxan Pamukun çəkdiyi mənasız selfi - Nobel mükafatçısı bununla nə demək istəyir?

Orxan Pamukun çəkdiyi mənasız selfi - Nobel mükafatçısı bununla nə demək istəyir?

Hazırda oxunan: Orxan Pamukun çəkdiyi mənasız selfi - Nobel mükafatçısı bununla nə demək istəyir?

208621
Bu Orxan Pamukdur. O, ədəbiyyat üzrə 2006-cı ilin Nobel mükafatçısıdır.xa0
Bir müddət əvvəl çəkdirdiyi bu selfi ilə əksər insanları çaş-baş qoyub. Əsərlərinin hər cümləsində bir simvoldan istifadə edən, ədəbiyyatda postmodernizmin ən görkəmli nümayəndələrindən olan bu şəxsin mənasız selfi çəkdirməsnə inanmayan insanlar bu fotonu müxtəlif mənalara yozmağa çalışıb. Təəssüf ki, bu yozumlar məntiqlisinə rast gəlinmədi.
Pamukun güzgü qarşısında durub yaxın planda özünü çəkdiyi bu fotonun fonunda sarı işıq var. Bağlı pəncərədən havanın qaranlıq olduğu görünür. Bir də özünü çəkdiyi telefonun "Apple" olduğu aşkar bilinir. Başqa heçnə...xa0
Bəs Pamuk belə bir fotonu niyə çəkib?
Ən çox gətirilən arqument telefon reklamı lə bağlıdır ki, bu da heç ağılabatan deyil. Çünki qocaman yazıçının ktablarının satışından qazandığı pulu nəzərə alsaq, onun belə ucuz reklam oyununa getməsi heç inandırıcı görünmür.xa0
Yəqin ki, postmodernist romançı bu selfini çəkməklə lazımsız yerə ciddi olmaq, səbəbsiz yerə haqqında mif uydurmaq kimi tabuları dağıtmaq istəyir. Yəni yazıçı sadcə demək istəyir ki, "bəli, mən Orxan Pamukam, amma eyni zamanda telefon istifadə edirəm, bəzən mənim də könlümdən selfi çəkmək keçir".
Qeyd edək ki, bu foto "Corriere della Sera" qəzetinin ədəbiyyat sayı olan "La Lettura"nın üz qapağında yer alıb.

Sərdar A.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO