Məmməd Tahir:Âxa0 “Şahdağda bir zirvə var”x9d

Məmməd Tahir:Âxa0 “Şahdağda bir zirvə var”x9d

Hazırda oxunan: Məmməd Tahir:Âxa0 “Şahdağda bir zirvə var”x9d

124187

Tanınmış şair Məmməd Tahir Qarabağ şəhidi,Milli Qəhrəman Çingiz Mustafayevə bir poema həsr edib. 

Moderator.az “Şahdağda bir zirvə var”x9d adlı həmin poemanı oxuculara təqdim edir:

 




ŞAHDAÄžDA BİR ZİRVƏ VAR...


(Poema)

Azərbaycanın milli qəhrəmanı

Çingiz Mustafayevin qısa, mənalı

həyatına həsr olunur.

 

 PROLOQ

Önümdə,

Önümdə bir gəncin rəsmi.

Ömrü neçə rəngli xalı kimidi.

Üzünə toxunmuş inadı, əzmi

İlmənin sarısı, alı kimidi.

Şəkildən boylanır qaraşın bir gənc,

Üzü qayğılıdı, baxışları lal.

Bu an o gözlərdə gördüyüm güvənc

Könlümdə doğurur nə qədər sual.

Sual çeşid-çeşid, sual min-mindi,

Düşür hər sualdan ürəyə bir iz.

Yəqin olmasaydı o döyüş, indi

Bizimlə bir yerdə olardı Çingiz.

Payızda durnadı, yazda qaranquş,

Hər ürək bir isti yuvası olur.

Yayına sual et, qışından soruş,

Nə qədər sevdalı havası olur.

O getdi döyüşə,

Çəkdi birinci,

Yurdun qeyrətini, elin arını.

Hər ürək şum yeri, hər can əkinçi,

Göyərdir Çingizin arzularını.

 

UŞAQLIQ İLLƏRİ

 

İsti bir yay günü, altmışıncı il,

İlk dəfə göz açdı, görən nə duydu?

O gün qızıl güllə ötmürdü dil-dil,

Dünya sakit idi, göylər duruydu.

Keçdi körpəliyi “Kapustin-Yar”x9d da,

Dörd il bu qəsəbə yurd oldu ona.

Altmış dördüncü il, o ilk baharda

Burdakı günləri yetişdi sona.

Uzandı Bakıya ömrün yolları,

Qol açdı Çingizə doğma şəhəri.

Burda qanadlandı ilk duyğuları,

Hər gün bir sevdayla açdı səhəri.

Anaya can oldu, ataya qanad,

Atdığı hər addım fərəh gətirdi.

Çingiz böyüdükcə aldığı savad

Bir baş ucalığı, “bəh-bəh”x9d gətirdi.

Bəzən oyuncaqlarla oynadı Çingiz,

Filə “su içirdi”x9d, “yemlədi”x9d atı.

Könlünə yol açdı, ürəyinə iz,

Oyuncaq sanmadı amma həyatı.

Sayıldı, seçildi yaşıdlarından,

O getdi hər kəsdən bir addım öndə.

Hər gün günəş doğdu,şəfəqləndi dan,

Hər gün qanad oldu ona Ay, Gün də

 

 

TƏLƏBƏLİK İLLƏRİ

 

Atası Fuad bəy çox istərdi ki,

Çingiz yiyələnsin hərbi sənətə.

Amma Naxış xanım duyurdu sanki

Oğlunun meyli var hansı cəhətə.

Yeddi il yol getdi hərbi litseyə,

Bir il də oxudu orta məktəbdə.

Həyatdan geriyə qalmasın deyə,

Açdı “Disko-klub”x9d yeni, son dəbdə.

Bir gün sona yetdi məktəb illəri,

Çingizin qəlbini bilsən nə çaldı?

Yazıldı ömrünün ilk fəsilləri,

O, həkim olmağı qərara aldı.

Beş il oxuduğu Tibb İnstitutu

Bəs, ondan nə aldı, ona nə verdi?

Yelləyib köksündə közərən odu,

Bəlkə yaşamağa bəhanə verdi?

Günlər bir-birini qovdu irəli,

Götürüb apardı aylar Çingizi.

Yubadıb yollarda qəfil əcəli,

Qorudu baharlar, yaylar Çingizi.

Gün oldu, günləri keçdi boşuna,

Üyündü çox anı, çox dəqiqəsi.

Çox anı çevirdi öz naxışına,

Vaxtın öz sahmanı, öz səliqəsi.

Bir gün həkim oldu, bir gün də repçi,

İlk dəfə bir qrup yaratdı Çingiz.

İlk mahnının adı “Dünənki keçdi”x9d,

Beləcə bir ilkə qol atdı Çingiz.

Veriliş apardı “Cümə axşamı”x9d,

“Ozan”x9d rok qrupu yeni, ilk idi.

Sevdi, alqışladı Çingizi hamı,

Bu yol “Az.TV”x9d də yenilik idi.

Hər gün bir yenilik, bir yeni fikir,

Günü yeniliklə dolu olurdu.

Onu hər yenilik irəli çəkir,

Yenilik Çingizin yolu olurdu.

 

AÄžIR GÜNLƏR

 

Ağır vəziyyətdə idi məmləkət,

Sızmırdı xaricə kiçik bir xəbər.

Ölkə rəhbərində yoxdu qətiyyət,

Hər kəs saxlayırdı başı bir təhər.

Hər gün Qarabağdan gəlir bəd xəbər,

Xəbərlər rəngbərəng, xəbərlər qara.

Qara xəbərlərlə açılır səhər,

Cəbhədə döyüşlər vermirdi ara.

Hər gün ermənilər alır bir kəndi,

Qətl törədirdi gündə bir yerdə.

Dağlıq Qarabağda erməni fəndi

Tərs papış tikirdi şeytana Yerdə.

Oyunçu var idi, oyun var idi,

Görürdü ölkədə gedən oyunu.

O il Qarabağda son bahar idi,

Hər gün göstərirdi qış öz boyunu.

Əsirdi dünyanın soyuq küləyi,

Göy pərən-pərəndi, yer ələk-fələk.

O il, 91-də atıb hər şeyi,

Keçdi “Az.TV”x9dyə reportyor tək.

Bakı üşüyürdü soyuq nəfəsdən,

Gəzirdi üstündə soyuq, yad nəzər.

Bakl xəbərsizdi çox sui-qəsdən,

Narahat-narahat susurdu Xəzər.

Qara kölgə kimi qara senzura,

Çökürdü hər gedən veriliş üstə.

Rəhbərlər dönmüşdü bir lal divara,

Elə bil girmişdi millətlə qəsdə.

İçinə yük olan, ruhunu əzən,

Bir fikir Çingizi çəkirdi dara.

O gündən, o andan, o dəqiqədən,

Çiynində silaha döndü kamera.

Qalxdı çox yasaqlar, endi çox sipər,

Borclandı Çingizin alın tərinə.

Bakıdan kənara çıxmayan xəbər,

Yol açdı dünyanın efirlərinə.

Gördü Amerika, bildi Avropa,

Pərdə dalındakı çox həqiqəti.

Gördü ki, erməni qoyub xaraba,

Qədim Şuşadakı mədəniyyəti.

Ona dar gəlirdi bu dünya bəzən,

Ruhu sığışmırdı öz qabığına.

Hərdən çəkdikləri sığmırdı nədən

Bəzi adamların boş tabağına.

Efirə getmirdi bəzən çəkdiyi,

Üz-üzə gəlirdi senzura ilə.

Eh, belə anlarda nələr çəkdiyi

Sığmazdı dodağa, sığmazdı dilə.

Düşmən gülləsindən yayınan Çingiz,

Yayına bilmirdi redaktorlardan.

Mərmilər altına çəkdiklərini,

Qoruya bilmirdi gözlü korlardan.

 

 

215 kl STUDİYASI

 

Bir gün çox düşündü, nə var yadında,

Şərin yuxusuna daş atdı Çingiz.

215 kl adında

Yeni bir studiya yaratdı Çingiz.

Montaj aparatı, bir də kamera,

Bütün avadanlıq yalnız bu idi.

Kənardan baxanda yəqin ki, bura

Adi görünürdü, hər şey çox adi.

Çingiz sevinirdi, şad idi, çox şad,

Elə bil ömründə ilk bahar idi.

Çingiz öyrənirdi hər gün, hər saat,

Hələ öyrənəsi çox şey var idi.

 

CƏBHƏ ONUN EVİ İDİ

 

Gəzirdi qarış-qarış

Cəbhə bölgələrini.

Çəkdiyi kadrlarla

O xəbərdar edirdi

Dünya ölkələrini.

Toz olub dağılırdı

Düşmənin kişiliyi.

Onun kamerasından

Yayılırdı dünyaya

Erməni vəhşiliyi.

Məlumatsız əhali

Ondan xəbər umurdu.

Ümid ona qalmışdı,

Daha nələr umurdu?

Döyüşçü libasında,

Hərbi paltar əynində.

Gəzirdi bölgələri,

Kamerası çiynində.

Bəzən xəbər çəkirdi,

Bəzən böyük veriliş.

Ürəyində həyəcan,

Nigaranlıq və təşviş.

Yuxusu quş yuxusu,

Çingiz ayıq yatırdı.

Gecə yuxularında

Düşmən sovruq atırdı.

Döyüş səhnələrini,

O çəkirdi anbaan.

Çəkirdi,döyüş vaxtı,

Adi bir insan necə

Dönüb olur qəhrəman.

Çəkirdi, çəkə-çəkə

Aclığı unudurdu.

Ürəyi su istəsə,

Lay-layla uyudurdu.

Bəzən baxışlarını

Bir nöqtəyə dikirdi.

Bu anlar nə düşünür,

Hansı fikri çəkirdi.

Xəyalı qanadlanıb,

Hərdən evə uçurdu.

Qollarını açaraq,

Doğmaları qucurdu.

Hərdən döyüş zamanı

Olurdu bir komandan.

Çingiz belə anlarda

Keçirdi şirin candan.

Güllələr vıyıldayıb,

Hey keçirdi yanından.

Bəzən sanitar kimi,

Yaralı daşıyırdı,

O, döyüş meydanından.

Hərdən ümid verirdi,

Döyüşçü dostlarına.

Bəzən də saatlarla

Gözqırpmadan baxırdı

Düşmənin postlarına.

Gecələr duz səpirdi,

Hərdən yuxularına.

Hər an qalib gəlirdi,

O, öz qorxularına.

Min illik qarı düşmən,

Çox azğın, qəvi idi.

Döyüş gedən ön cəbhə

Onun öz evi idi.

 

LAÇINSIZ

 

Dağdan çən enirdi, təpədən duman,

Günəş gizlənirdi dağın dalında.

Laçın boşalırdı, o gün, bax, o an,

Bir hüzn, pərişanlıq vardı halında.

Döyüşsüz, vuruşsuz tərk edib onu,

Könüllü dəstələr atıb gedirdi.

Dağlar soyunurdu əynindən donu,

Kimlərsə Laçını başdan edirdi.

Çingizin gözündə qəzəb və hiddət,

Dodağı titrəyir, əlləri əsir.

Dilində söyüşlər, içində nifrət,

Qaçan əsgərlərin önünü kəsir.

Çingiz qışqırırdı: - “Atıb bu yurdu,

Hara gedirsiniz, a biqeyrətlər?”x9d

Ayaq saxlamırdı könüllü ordu,

Yurdu boşaldırdı bu kin-küdrətlər.

Çəkirdi qaçanı, geri dönəni,

Çəkirdi, utanıb qayıda bəlkə.

Lentin yaddaşına alıb dünəni,

Tarix yaradırdı o çəkə-çəkə.

Çəkirdi, o topa güllə qoyanı,

Çəkirdi siqaret çəkəni də o.

Çəkirdi cəbhədə tökülən qanı,

Yurd üçün göz yaşı tökəni də o.

Hər şeyin düzünü çəkirdi ancaq,

Yox idi yalanı, düzündən başqa.

Çəkirdi, necə var, o od, o ocaq,

Hər şeyi çəkirdi,özündən başqa.

Laçını aldılar, iki kəlmə söz,

Laçını aldılar, qəddin əyildi.

Basdılar yarana köz üstündən köz,

O gün al soyunub qara geyildi.

 

XOCALI

 

O gün ölkə duydu acı xəbəri,

Dönüb qan gölünə Xocalı, Allah.

Yaxıb ermənilər bütün şəhəri,

Cavanlı, uşaqlı, qocalı, Allah.

Ürəyi titrədi, dodağı əsdi,

Don vurmuş adam tək əyildi, qalxdı.

Yerimək istədi, ayağı əsdi,

Tufanda bir şam tək əyildi, qalxdı.

Qanlı hadisədən iki gün keçmiş,

Çingiz olanları lentə köçürür.

Bu ürəksıxıcı, bu üzücü iş,

Bir saat, üç saat, beş saat sürür.

Ətraf cəsədlərlə dolu mənzərə,

Heyrətdən adamın lap qanı donur.

İnsan cəsədiylə dolu dağ, dərə,

Qarğalar iylənmiş leş üstə qonur.

Hiyləsi tərikdə, tətiyi zağlı,

Gəl, düşmən önündə, döz, könül, tabla.

Erməni hiyləsi, erməni ağlı

Burda yaradıbdır qanlı bir tablo.

Çəkir, çəkə-çəkə hönkürür Çingiz,

Qanını dondurur qanlı mənzərə.

Bəlkə yaranandan ana təbiət

Görməyib heç belə canlı mənzərə.

İnsan nifrətinə yox qəlib, ölçü,

Daşsa qisasına, öcünə dönür

Çəkir, çəkə-çəkə bir insan gücü,

Bütöv bir millətin gücünə dönür.

 

 

MILLI MƏCLISDƏ

 

Bir həftə sonra...

Martın altısı,

Gedir müzakirə Milli Məclisdə.

Milli məsələdə yenə də millət

Olur iki tirə Milli Məclisdə.

Qızğın müzakirə gedir, bax, ancaq

Sonda bir məsələ qoyulur səsə.

Çəkilən o lentə baxılmayacaq,

Əgər bu məclisdə bir səs yetməsə.

Xocalı orada qan içindədi,

Xocalı burada qoyulur səsə.

Çingizin lentinə baxılmayacaq,

Əgər bu məclisdə bir səs yetməsə.

Millət vəkilləri düşünür xeyli,

Görəsən neçəsi buna səs verir?

Neçəsi lehinə, bəs əleyhinə

Görən hansı adam, hansı kəs verir?

Millətin acısı, dərdləri köhnə.

Qələbə gətirir xalqın inadı.

Çingizin içində o qanlı səhnə,

Hələ elə bilir Xocalıdadı,

 

 

ÖLÜM ANI

 

 

Buludların arxasında

Gizlənibdir bu gün günəş.

Yamaclarda od qalayır,

Tüfənglərdən çıxan atəş.

Naxçıvanlı kəndi bu gün

Atılıbdır od içinə.

Bu amansız, qanlı döyüş

Dönübdür ot biçininə.

Döyüş gedir kənd uğrunda,

Döyüş gedir bir həftədir.

Döyüşçülər ön cərgədə,

Çingiz arxa tərəfdədir.

Sanki, nəfəs almır Çingiz,

Hər tərəfə göz gəzdirir.

Avtomatdan çıxan güllə

Sinələrdə köz gəzdirir.

Çingiz çəkir,

Od ələnir,

Yerdən, göydən alov yağır.

Çingiz çəkir yaralını,

Sinəsində yara ağır.

Üz çevirir ona tərəf,

Göydən qəfil mərmi gəlir.

Çingiz ağrı içindədi,

Allah, ölüm dəmi gəlir.

Mərmi dəyir sağ buduna,

Ayağından al-qan tökür.

Qapanır göz qapaqları,

Gözlərinə zülmət çökür.

Nə yazılsa xatirədi,

Nə deyilsə diktə olur.

Çingiz sadə bir cümlədi,

Mərmi ona nöqtə olur.

 

EPİLOQ

 

Şahdağın zirvəsi qarla örtülü,

Ən uca yerində küləklər əsir.

Təpələr başına örtüb ağ tülü,

Gədiklər dumanın əlində əsir.

Hər il payız gedir, hər il qış gəlir,

Göyərir cığır, yol, çiçəkləyir iz.

Gəlir hər zirvədən bir alqış gəlir,

Şahdağ baş endirir, yanında “Çingiz”x9d.

Qaldırır önündə dağlar ağ bayraq,

Dağları isidir dağın nəfəsi.

Qafqazın ən uca zirvəsi Şahdağ,

Ən uca zirvəsi,”x9dÇingiz”x9d zirvəsi.

Payız ətəyində, yaz ayağında,

İsidir torpağı sevgi, həvəsi.

Bu yurdun ən uca dağıdı Şahdağ,

Ən uca zirvəsi “Çingiz”x9dzirvəsi.

Təpələr tətikdə, zirvələr oyaq,

Bizi ora çəkir hər cığır, hər iz.

Qafqazın ən uca zirvəsi Şahdağ,

Şahdağın ən uca zirvəsi “Çingiz”x9d.

 

15-27.02.2016

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO