Diyarbakırda hadisələr gecə də davam edib

Diyarbakırda hadisələr gecə də davam edib

Hazırda oxunan: Diyarbakırda hadisələr gecə də davam edib

95348
Diyarbakırda günorta saatlarında başlayan hadisələr, gecə şiddətlənib. Şəhərin bir çox bölgəsində üzləri maskalı qruplar, polisə daş, fişəng, molotof kokteyli və səs bombaları ilə hücum edib. Şəhər, silah və partlayış səsləri gələrkən, qarşıdurmaların ortasında qalan 4 nəfər yaralanıb.

Diyarbakır mərkəz Sur və Silvan rayonlarında küçəyə çıxmaq qadağasının elan edilməsi səbəbiylə bu gün günorta saatlarında şəhərin bir çox bölgəsində çıxan hadisələr, gecə şiddətlənib. Mərkəz Bağlar ilə Yenişehir rayonları olmaqla, bir çox yerdə ortaya çıxan üzləri maskalı qruplar, barrikada qurduqları yolları nəqliyyata bağlayaraq, polisə səs bombası, fişəng, molotof və daşlarla hücum edib.

Polis də nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə edərkən, Yenişehir rayonuna bağlı Seyrantepedə yaşanan silahlı qarşıdurma əsnasında hadisələrin ortasında qalan 4 nəfər yaralanıb.

Yaralılar təcili yardımlarla Diyarbakır təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicəyə alınarkən, bir nəfərin sağlamlıq vəziyyətinin ağır olduğu öyrənilib.

Hadisələrin davam etdiyi şəhərdə, bəzən silah və partlayış səsləri eşidilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO