PKK terrorçuları Şırnak-Uludərə yolunun 2-ci kilometrliyində yerləşən polis postuna bombalı hücum həyata keçirib
Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə səhər 07:30 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2 türk polisi şəhid olub, 5 polis məmuru yaralanıb.xa0
Partlayışdan sonra iriçaplı silahlardan atəş açan PKK-çılar, xa0"Kobra" helikopterlərinin zərbələrindən sonra zərərsizləşdirilib. Son dəqiqə məlumatların görə, 2 terrorçu məhv edilib.
Ərazidə əməliyyatlar davam edir.xa0










































































































