“Ramzan Kadırovun açıqlaması onun səviyyə və statusunu aşır”x9d

“Ramzan Kadırovun açıqlaması onun səviyyə və statusunu aşır”x9d

Hazırda oxunan: “Ramzan Kadırovun açıqlaması onun səviyyə və statusunu aşır”x9d

93813

Çeçenistan lideri Ramzan Kadırov Azərbaycan da daxil bir çox müsəlman dövlətinə müraciət edərək onları dünyanın bir çox bölgələrində həyata keçirilən müsəlman qırığınlarına biganə qalmamağa səsləyib və baş verənlərə görə Qərbi ittiham edib.

Maraqlıdır, R.Kadırovun bu açılqlaması müsəlman təəssübkeşliyindən doğan bir çağırışdır, yoxsa Kremlin müsəlman dövlətlərini Qərbə qarşı səfərbər etmək cəhdi?

Bununla bağlı Moderator.az-a açıqlama verən poltoloq Qabil Hüseynli belə bir çağırışın R.Kadırovun səviyyə və statusunu aşdığını vurğuladı:

“Yaxın və Orta Şərqdə baş verən qırğınlarda Qərbin rolu hər kəsə bəllidir və kimsə bu məsələdə Qərbə bəraət qazandıra bilməz. Lakin bu cür çağırışların Qərbi ittiham etmək, ona qarşı cəbhə formalaşdırmaqdan daha çox müsəlman dünyasındakı problemlərin həllinə hesablanması, bu məzmunda olmasına ehtiyac var. Bundan başqa, bu kimi çağırışların R.Kadırov tərəfindən səsləndirilməsi o qədər də ciddi və təsiredici görünmür. Əgər bu çağırış İran dini lideri, Səudiyyə Ərəbistanı kralı və ya Türkiyə preizdenti tərəfindən səsləndirilsəydi daha effektli və anlaşılan olardı. R.Kadırov öz xalqına qarşı müəyyən zorakılığa yol verən, müəyyən qrupların himayəsi nəticəsində hakimiyyətə gətirilən bir şəxsdir. Mən onun bu açıqlamasının kimin dəyirmanına su tökdüyünü demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, R.Kadırov özü öz hazırkı vəziyyətinin fərqində olmalıdır və anlamalıdır ki, bu kimi açıqlamalar onu aşan çağırışlardır”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO