
- A-
- A
- A+
Мир
21:38 / 24.07.2015
3 dəq oxunma
İŞİD-in genişlənməsində Rusiya izi”¦
Hazırda oxunan: İŞİD-in genişlənməsində Rusiya izi”¦
87314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şimali Qafqazdan İŞİD-ə qoşulanların sayı ilbəil çoxalmaqdadır. Müşahidəçilərin fikrincə, İŞİD-ə qatılmaq üçün ölkəni tərk edən rusiyalıların əksəriyyəti müsəlmanların yaşadığı bölgələrdən minlərlə kilometr uzaqda yaşayanlardır.
Axar.az məlumat verir ki, Suriya və İraqa təkcə döyüşçülər getmir. Gedənlər arasında peşə sahibləri, natiqlər və medianın iddiasına görə qadınlar var.
Rusiya mətbuatında yer alan məlumatlara görə, təşkilata sirli şəkildə qoşulan rusiyalıların əksəriyyəti gənc universitet tələbələridir:
“İyun ayının ilk iki həftəsində Moskva Dövlət Universitetinin tələbəsi 19 yaşlı tələbəsi Varvara Karaulovaya Rusiya televiziyalarında Prezident Vladimir Putindən daha çox baxılmışdı. Karaulova ərəb dilində təhsil alsa da, o, rus idi və Yaxın Şərqlə heç bir əlaqəsi yox idi. Karaulova Türkiyə sərhədində saxlandıqdan cəmi iki həftə sonra Moskvada təhsil alan başqa bir tələbə - Mariam İsmayılova itkin düşdü. Onun da İŞİD-ə qatılmaq üçün Suriyaya getdiyi iddia olunur. Rusiyanın böyük şəhərlərindəki universitetlərdə təhsil alan tələbələrin bu addımı xeyli təəccüb doğurur. Bu gənclərin vəziyyətini digərlərindən fərqləndirən prosesdə qeyri-müəyyənliyin olmasıdır”x9d.
Vurğulayaq ki, Rusiya Xarici İşlər nazirinin müavini Oleq Syromolotov 7 iyulda TASS-a verdiyi müsahibəsində 2 200 Rusiya vətəndaşının İŞİD-ə qoşulduğunu açıqlayıb. Federal Təhlükəsizlik Xidməti isə İŞİD sıralarında döyüşçülərin 8%-nin Rusiyadan gedənlər olduğunu bildirib.
Beynəlxalq Böhran Qrupunun mütəxəssisi Varvara Parxomenko isə Rusiyadakı onlarla fərqli bölgə arasında İŞİD-ə ən çox qatılanların Dağıstandan olduğunu açıqlayıb. Dohzd TV-yə danışan Parxomenko Çeçenistan və Şimali Osetiyadan qatılanların da az olmadığını bildirib.
***
23 iyunda İŞİD Əbu Məhəmməd əl Qədəri kimi tanınan Rüstəm Asildarovun təşkilatın “Qafqaz əmiri”x9d olduğunu açıqlayıb. Bu “təyinat”x9ddan sonra təşkilatın təbliğatında güclənmə müşahidə olunur.
Təşkilat mart ayında internet üzərindən rus dilində “Əl Bəyan”x9d radiosunun yayımına başlayıb. Mayda isə rus dilində “Furat”x9d dərgisi, fərqli dillərdə nəşr olunan HMC media orqanının əsası qoyulub.
Rusiyalı politoloq İqor Malaşenko bu təcrübənin hələ Sovet dönəmində müsbət effekt verdiyini bildirir:
“Bu gün təşkilat daxilində rus dili geniş istifadə olunur. İŞİD-də rus dili ərəb və ingilis dilindən sonra ən çox istifadə olunan 3-cü dildir. Bu, keçmiş Sovet İttifaqında radikal islamçıların tanış olduğu bir dildir. Hamısı rus dilində yaxşı danışırdı. Onlar ərəb dilini öyrənmək çox çətin olduğu üçün asanlıqla rus dilinə yiyələnirdilər”x9d.
***
İŞİD-ə Səddam Hüseynin keçmiş generallarının qoşulduğunu nəzərə alsaq, Moskvanın təşkilatdakı payını görməmək mümkün deyil. Yaxın Şərq böhranının davam etməsi də Putin siyasətinə öz töhfəsini verməkdədir.
Digər tərəfdən, İŞİD Şimali Qafqazda radikalların sayını azaltmaq üçün ən yaxşı yoldur. Bu yolla Kremlin cənub sərhədlərində nəzarəti gücləndirdiyi açıq-aydın hiss olunur.
- See more at: //axar.az/news/59158#sthash.acZnQwn5.dpuf
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































