Prezidenti yadından çıxardı deyə işdən qovuldu

Prezidenti yadından çıxardı deyə işdən qovuldu

Hazırda oxunan: Prezidenti yadından çıxardı deyə işdən qovuldu

86572
Özbəkistan Milli Teleradio Şirkəti sədrinin birinci müavini Olim Toşboyev prezident İslam Kərimovun xa0Qaşqadərya vilayətinə işgüzar səfərinin “vaxtında və lazımi qədər işıqlandırılmaması”x9d səbəbindən tutduğu vəzifəsindən uzaqlaşdırılıb.

Virtualaz.org saytı özbək KİV-lərinə istinadən xəbər xa0verir ki, İ.Kərimov Qaşqadərya vilayətinə iyunun 30-da səfər edib.

Bu səfər barədə məlumatın milli telekanalların efirində elə həmin gün gedəcəyi gözlənilsə də bu, baş verməyib. Milli televiziyadan bildirilib ki, İ.Kərimovun “Kamol Sultan”x9d fermer təsərrüfatından keçirdiyi görüşün detallarını əks etdirən reportajlar “Olim Toşboyevin səhlənkarlığı, diqqətsizliyi və məsuliyyətsizliyi ucbatından”x9d efirə bir gün gec verilib.

Həmin gün Daşkəndə qayıdan Özbəkistan prezidenti özbək milli televiziyasının əsas xəbər proqramına baxıb, amma özünü orada görməyib.

“Sonradan məlum olub ki, bu reportaj həmin gün hazırlanmayıb və efirə verilməyib. Səbəb isə yalnız o olub ki, Toşboyev sadəcə işdən tez çıxaraq evinə getməyə üstünlük verib. Bir səs-küy qalxdı ki... İş o yerə çatdı ki, Toşboyevi ağır maddə ilə işdən qovdular. “Yuxarılar”x9d onun bu əməlini siyasi səhv adlandırdı”x9d - deyə özbək milli televiziyasındakı mənbə bildirib.

44 yaşlı Olim Toşboyev son 10 il ərzində “Özbəkistan”x9d kanalının direktoru vəzifəsini tutub, eyni zamanda da Özbəkistanın Milli Teleradio Şirkəti sədrinin birinci müavini olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO