Yaşları 16-dan 18-ə qədər olan üç qız məktəbə gedərkən motosikletlə hərəkət edən naməlum kişilər onların üstünə sulfat turşusu atıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şərqindəki Xerat şəhərində qeydə alınıb.
Məktəblilər indi xəstəxanadadırlar. Onlardan ikisi ağır yanıq xəsarəti aldığından vəziyyətləri kritikdir. Yerli sakinlər deyiblər ki, qızlar məktəbə getdikləri üçün cəzalandırılıblar. Polis hücum edən şəxsləri axtarır.
2001-ci ildə “Taliban”x9d rejimi devrilənə qədər əfqan qadınlarının işləmək və təhsil almaq hüququ olmayıb. Ölkədəki radikal hərəkatlar indi də bu iddiadadırlar.



































































































