Axar.az xəbər verir ki, bu açıqlama ilə Suriya Turizm naziri Bəşir Riyad Yazcı çıxış edib. Onun sözlərinə görə, əgər Ərdoğan Suriyaya hücum etsə, bu, tarixi xəta olacaq:
“Suriyadakı turizmin vurulması sadəcə Suriyaya təsir etmir. Bu zərər bütün bölgəyə yayılacaq. Məsələn, Livan, İordaniya, İraq, Türkiyə və s. 2011-ci ildə biz Türkiyə ilə sərhəd bölgələri ortaq turizm zonasına çevirməyi qarşımıza məqsəd qoymuşduq. Amma sonradan Ərdoğanın şəxsi siyasəti ucbatından bu yerlər terror yuvasına döndü”x9d.






























































































