Yerevanın Baqramyan prospektində elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin keçirdiyi aksiya təşəbbüs qrupu tərəfindən dayandırılıb.
Bu barədə Moderator.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, təşəbbüs qrupunun üzvü Maksim Marqaryan jurnalistlərə fasiləsiz mitinqlərin keçiriləcəyi elan edilən “Azadlıq”x9d meydanını tərk ediblər.
Bu gün “Soyğunçuluğa yox!”x9d təşəbbüs qrupu mətbuat konfransı keçirərək bundan sonrakı fəaliyyətlərini açıqlayacaq.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulmuşdu.


































































































