Lüksemburqda Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin rəsmi təqdimatı olub. Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sönməz Məşəl”x9d Mədəni Əlaqələr İctimai Birliyinin “Odlar yurdunun min bir rəngi...”x9d adı altında həyata keçirdiyi layihə çərçivəsində reallaşdırılıb.
Moderator.az xəbər verir ki, Lüksemburqdakı “Qarabağ”x9d Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında təşkil edilən rəsmi təqdimat mərasimində assosiasiyanın birinci katibi Eva Rodik çıxış edib. O, açılış nitqində tədbirin əhəmiyyətindən danışıb, qonaqları odlar yurdunun min bir rəngi ilə yaxından tanış olmağa çağırıb.
“Sönməz Məşəl”x9d Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva çıxış edərək layihənin məqsəd və məramından danışıb. O, qeyd edib ki, layihəni həyata keçirməkdə məqsəd avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaqdır: “Təsadüfi deyil ki, nümayiş olunan əsərlər içərisində Qarabağ mövzusu xüsusi yer tutur”x9d.
Tədbirdə Bakıda keçirilən Avropa Oyunları və bu beynəlxalq yarışlarda Azərbaycan idmançılarının qazandığı uğurlar barədə də söhbət açılıb. Azərbaycan idmançılarının qazandığı medallar barədə verilən məlumat qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, sərgidə “Baku-2015. Avropa oyunları”x9d mövzusunda da rəsmlər nümayiş olunur. Əsərləri nümayiş edilən gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənova tədbirə gələn qonaqları salamlayıb, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.
Sərgiyə gələn qonaqlar rəsmlərlə yanaşı Azərbaycanın təbliği və tanıdılması məqsədilə Heydər Əliyev Fondunun böyük məhəbbətlə müxtəlif Avropa dillərində hazırladığı kitab, albom və broşuralarla tanış olub, ölkəmizin tarixi və mədəniyyəti, eləcə də Qarabağ münaqişəsi haqqında həqiqətləri əks etdirən materiallarla yaxından tanış olublar. Qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalını göstərən rəngli xəritələr paylanıb.
Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin əməkdaşları, Azərbaycan-Lüksemburq Ticarət Palatasının nümayəndələri, Lüksemburqun mədəniyyət və maliyyə dairələrinin təmsilçiləri, rəssamlar və sıravi şəhər sakinləri iştirak ediblər. Gənc rəssamlar Azərbaycan haqqında qonaqların çoxsaylı suallarını cavablandırıblar.
Sərgi iyunun 20-dək davam edəcək.



































































































