Avropa Parlamenti Blatteri təcili vəzifədən getməyə çağırdı

Avropa Parlamenti Blatteri təcili vəzifədən getməyə çağırdı

Hazırda oxunan: Avropa Parlamenti Blatteri təcili vəzifədən getməyə çağırdı

81206

Avropa Parlamenti Strasburqda keçirilən assambleyasında FİFA prezidenti Jozef Blatteri təcili şəkildə öz postundan getməyə çağırıb.

 Moderator.az xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, qurum həmçinin, Rusiya və Qətərin futbol üzrə dünya çempionatını keçirmək hüququnu (2018, 2022) necə əldə eləməsini geniş miqyaslı araşdırmağa çağırıb. Bu barədə Avroparlamentin rəsmi saytındakı məlumatda deyilir.

Bundan əlavə, qətnamədə futbolda korrupsiyaya qarşı dözümsüzlüyə çağırılır və FİFA-da struktur islahatların təxirə salınmazlığı qeyd olunur.

“Avropa Parlamenti təəssüf edir ki, bu yaxınlarda FİFA rəhbərliyinə qarşı korrupsiya ittihamı dünya futbolunun ələ alınmazlığına inamı sarsıdıb. FİFA qərarların qəbulunda, o cümlədən yeni prezidentin seçkisində şəffaf, balanslı və demokratik prosesi təmin eləməlidir”x9d ”“ sənəddə deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO