Putinin dostu ilə qucaqlaşması gündəm oldu  - FOTOLAR

Putinin dostu ilə qucaqlaşması gündəm oldu - FOTOLAR

Hazırda oxunan: Putinin dostu ilə qucaqlaşması gündəm oldu - FOTOLAR

81128
Rusiya Prezidenti Vladimir Putin İtaliya səfəri çərçivəsində yaxın dostu, ölkənin keçmiş baş naziri Silvio Berluskoni ilə görüşməsi və iki dostun qucaqlaşması dünya mediasının diqqətini çəkib.
 
Moderator.az xəbər verir ki, Berluskoni Putini Romadakı Fyumicino hava limanında qarşılayıb. Liderlərin möhkəm qucaqlaşması Qərb mətbuatının gündəmini zəbt edib.
 
Putin Moskvaya dönmək məcburiyyətində olduğu üçün görüş tez başa çatıb. Berluskoni görüşdən sonra mediaya açıqlama verib:
 
“Putinlə hər zaman əlaqə saxlayırıq. Tezliklə mən də Rusiyaya getmək istəyirəm. Biz Avropa Birliyinin (AB) Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara səssiz qalmayacağıq. Hökumətin Rusiya əleyhinə sanksiyaları dayandırmasını tələb edən qanun layihəsi hazırlayırıq. Bu sanksiyalar ölkəmizin ciddi şəkildə maliyyə itirməsinə səbəb olur. Rusiya ilə əlaqələr qlobal əməkdaşlıq baxımından çox önəmlidir və G7 yenidən G8-ə çevrilməlidir”x9d. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO