
- A-
- A
- A+
Dünya
20:04 / 21.05.2015
1 dəq oxunma
Ukrayna Rusiya sərhədində hasar çəkəcək
Hazırda oxunan: Ukrayna Rusiya sərhədində hasar çəkəcək
78725
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İki ölkə arasındakı sərhəddin uzunluğu 2 min kilometr təşkil edəcək.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, artıq Ukrayna hökuməti Rusiya ilə sərhəddə təhlükəsizlik hasarının tikintisinə dair qərarı və smetanı təsdiqləyib.
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Baş nazır Arseni Yatsenyukun imzaladığı müvafiq sənəd Nazirlər Kabinetinin portalında yerləşdirilib. Sənəddə əsasən hasarın çəkilməsinə 2015-ci ildə 50 milyon dollar, 2019-cu ilədək isə ümumilikdə 200 milyon dollar vəsait ayrılıb.
Hərbi əməliyyatların keçirildiyi ərazilərdə, həmçinin Krimın yaxınlığında - Ukrayna ilə Rusiya sərhədində çəkiləcək hasarın uzunluğu iki min kilometr olacaq. Bundan əlavə, sərhəddə tanklar üçün sığınacaqlar, 17 metr hündürlüyündə müşahidə qüllələri, siqnalizasiya və sərhədçilər üçün dayaq məntəqələri də quraşdırılacaq.
Rusiya ilə sərhəddə təhlükəsizlik hasarının çəkilməsi ideyasını ilk dəfə o vaxtlar Dnepropetrovsk vilayətinin qubernatoru olan İqor Kolomoyski irəli sürüb. Sonralar bu planı Prezident Petr Poroşenko və Baş nazir Arseni Yatsenyuk da dəstəkləyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































