Kadırov ifadə verəcək

Kadırov ifadə verəcək

Hazırda oxunan: Kadırov ifadə verəcək

76629
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov siyasətçi Boris Nemtsovun qətli ilə bağlı iş üzrə ifadə verməyə hazır olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, o mətbuata verdiyi müsahibədə deyib: "Mən məmnuniyyətlə ifadə verməyə hazıram. Xüsusilə də uşaqlar tələb edilərsə, burada heç bir problem yoxdur. Əgər sübut edəcəklərsə ki, onu Zaur Dadayev öldürüb, qoy, o, məhkəmənin qərarı ilə veriləcək cəzasını həbsxanada çəksin. Əgər insan cinayət törədirsə, o, mütləq məsuliyyətə cəlb olunmalıdır."

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bildirib ki, Vladimir Putin işin araşdırılması ilə bağlı gündəlik informasiya alır. 

Xatırladaq ki, Boris Nemtsov bu il fevralın 27-də Moskvada Böyük Moskva çayı körpüsündə kürəyindən dörd güllə vurularaq öldürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO