Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr olacaq

Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr olacaq

Hazırda oxunan: Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr olacaq
647041
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın ən hündür binası olan Dubaydakı “Bürc Xəlifə”nin rekordunu yeniləyə biləcək göydələn layihələri hazırlanır.

Bizim.Media xəbər verir ki, “Naked Science” nəşri müxtəlif ölkələrdə tikintisi planlaşdırılan ən hündür binaların siyahısını təqdim edib.

Səudiyyə Ərəbistanında 2 kilometrlik göydələn

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hündürlüyü təxminən 2000 metr, mərtəbələrinin sayı isə 678 olacaq göydələnin tikintisi planlaşdırılır. Layihə reallaşarsa, bina “Bürc Xəlifə”dən iki dəfədən çox hündür olacaq.

Britaniyanın “Foster + Partners” şirkətinin hazırladığı layihə Ər-Riyadın şimalında salınması nəzərdə tutulan 306 kvadratkilometrlik “North Pole” şəhərsalma kompleksinin əsas hissəsi olacaq.

Misirdə 1000 metrlik bina

Misirin Yeni İnzibati Paytaxtında “Oblisco Capitale” adlı 1000 metrlik göydələnin tikintisi nəzərdə tutulur.

2018-ci ildə təqdim edilən layihə həyata keçirilərsə, bina dünyanın ən hündür tikililərindən birinə çevriləcək.

İndoneziyada 780 metrlik göydələn

İndoneziyanın yeni paytaxtı kimi inkişaf etdirilən Nusantara şəhərində 156 mərtəbəli “BUMN Tower”in tikintisi planlaşdırılır. Binanın dam səviyyəsində hündürlüyü 745 metr, şpillə birlikdə isə 780 metr olacaq.

Dubayda yeni rekord layihəsi

Dubayın “Uptown” rayonunda 711 metr hündürlüyündə “Uptown Dubai Tower 1” göydələninin inşası nəzərdə tutulur. Layihə tamamlanarsa, bina “Bürc Xəlifə” və “Burj Azizi”dən sonra şəhərin üçüncü ən hündür tikilisi olacaq.

Rusiyada 703 metrlik göydələn

Sankt-Peterburqda mövcud “Laxta Mərkəzi”nin yaxınlığında 703 metr hündürlüyündə, 150 mərtəbəli “Laxta Mərkəzi – 2” binasının tikintisi planlaşdırılır.

2021-ci ildə təqdim edilən layihəyə əsasən, binada ofislər, ictimai məkanlar və təxminən 590 metr yüksəklikdə müşahidə meydançası yerləşəcək.

Malayziyada nəhəng layihə

Malayziyanın Kuala-Lumpur şəhərində məşhur “Petronas” qüllələrinin yaxınlığında “Tower M” göydələninin tikintisi nəzərdə tutulur. “Ombak KLCC” kompleksinə daxil olan binanın tikintisinin 2035-ci ildən tez başlamayacağı, tamamlanmasının isə 2045–2050-ci illərə təsadüf edə biləcəyi bildirilir.

Məkkədə 600 metrlik binalar

Səudiyyə Ərəbistanında 2025-ci ildə təqdim olunan “King Salman Gate” layihəsi Məkkədə, Məscidül-Həramın yaxınlığında həyata keçiriləcək. Ümumi sahəsi 12 milyon kvadratmetr olan kompleksdə çoxsaylı hündürmərtəbəli binaların tikintisi planlaşdırılır. Ən hündür binanın təxminən 600 metrə çatacağı gözlənilir.

Qeyd edək ki, sadalanan layihələrin bir qismi hələ planlaşdırma mərhələsindədir. Onların hamısının tikiləcəyi və nəzərdə tutulan hündürlükdə tamamlanacağı təsdiqlənməyib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO