Razi Nurullayev erməni həmkarı ilə görüşdü - Foto

Razi Nurullayev erməni həmkarı ilə görüşdü - Foto

Hazırda oxunan: Razi Nurullayev erməni həmkarı ilə görüşdü - Foto
646995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Razi Nurullayev Vyanada “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmond Marukyanla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook” hesabında məlumat paylaşıb.

R. Nurullayev bildirib ki, beynəlxalq təşkilatların təşkilatçılığı ilə keçirilən ənənəvi görüşlər çərçivəsində Avstriya Milli Müdafiə Akademiyasında baş tutan müzakirələr açıq və konstruktiv atmosferdə keçib.

Görüşdə regiondakı vəziyyət, Azərbaycan və Ermənistandakı siyasi proseslər, sülh müqaviləsinin perspektivləri və TRIPP layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Nurullayevin sözlərinə görə, əvvəllər radikal mövqeləri ilə seçilən bəzi erməni siyasi dairələrində konstruktiv yanaşmaya meyillər müşahidə olunur. O, bunu davamlı sülhün formalaşması baxımından əhəmiyyətli tendensiya adlandırıb.

Razi Nurullayev müzakirələrdə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini qaldırdığını vurğulayıb:
 

“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması sülh prosesinin fundamental şərtlərindən biridir və davamlı sülh müqaviləsinin imzalanması bu məsələnin həlli ilə birbaşa bağlıdır”.


O, TRIPP layihəsini bütövlükdə Cənubi Qafqazda iqtisadi əlaqələrin, nəqliyyat-kommunikasiya imkanlarının və regional əməkdaşlığın genişlənməsi üçün mühüm fürsət kimi qiymətləndirib.

Görüşdə Qarabağda aparılan quruculuq və bərpa işləri, eləcə də müharibə cinayətlərinə görə məsuliyyət məsələsi də müzakirə olunub. Nurullayev keçmiş separatçı rejimin rəhbər şəxslərinin, həmçinin Robert Köçəryan və Serj Sarkisyanın münaqişə dövründəki fəaliyyətinə tarixi və hüquqi qiymət verilməsinin vacibliyini bildirib.

“Azərbaycan sülhün tərəfdarıdır və bu məsələdə səmimidir. Lakin bizim üçün sülh yalnız sənədin imzalanması deyil, qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin təmin olunduğu, gələcək nəsillərə sabitlik və əməkdaşlıq vəd edən yeni regional münasibətlər sisteminin qurulmasıdır”, – o qeyd edib.

Razi Nurullayev erməni həmkarı ilə görüşdü - Foto - foto 1
Razi Nurullayev erməni həmkarı ilə görüşdü - Foto - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO