
- A-
- A
- A+
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb.
Bizim.Media xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq.
Toy Sinqhin doğma kəndində keçiriləcək və hazırlıq işləri artıq geniş vüsət alıb.
Qonşu Uttar-Pradeş ştatından gələn ustalar mərasim üçün nəhəng çadırlar və xüsusi meydança inşa edirlər. Gəlin və bəy üçün təxminən 30 metr uzunluğunda səhnə hazırlanır. Səhnənin bəzədilməsi üçün 15 ton dekorasiya materialından istifadə olunacağı bildirilir. Xüsusi qonaqlar üçün ayrıca çadır da qurulacaq.
Anant Sinqh Hindistandan, hətta Pakistandan olan bütün arzu edənləri toya dəvət etdiyini bildirib. Qonaqlar arasında onlarla incəsənət nümayəndəsi və siyasətçinin olacağı gözlənilir.
Hindistanın Baş naziri Narendra Modiyə də dəvət göndəriləcəyi bildirilir. Onun mərasimdə iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































