Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü - Foto

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü - Foto

Hazırda oxunan: Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü - Foto
646992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara sakini Gəncədə itkin düşüb.

Bizim.Media xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.

Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş.

M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəsi ilə görüşüb, həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb. Hadisə ilə bağlı artıq polisə məlumat verilib, onun axtarışları davam etdirilir.

Qeyd edək ki, Mirzəcan Hüseynovun əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olub. Onun haqqında məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü - Foto - foto 1
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü - Foto - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO