Bolqarıstanda matəm elan olundu

Bolqarıstanda matəm elan olundu

Hazırda oxunan: Bolqarıstanda matəm elan olundu
647014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanda "Trakiya" avtomaqistralında baş verən iki zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfərin həlak olması ilə əlaqədar 11 noyabr milli matəm günü elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstan mediası ölkənin Baş naziri Rumen Radevin açıqlamasına istinadən məlumat yayıb.
 

"Bu gün bütün Bolqarıstan üçün faciəli gündür. Qəza nəticəsində 12 nəfər ölüb, daha onlarla şəxs xəsarət alıb. Onlar Burqas, Sliven və Yambolun tibb müəssisələrinə çatdırılıblar", - o bildirib.


R.Radev ölənlərin ailələrinə başsağlığı verib və zərərçəkənlərə yardım göstərilməsində iştirak edən xilasetmə xidmətlərinə və vətəndaşlara təşəkkür edib.

Onun sözlərinə görə, hakimiyyət orqanları tərəfindən yaralıların xəstəxanaya yerləşdirilməsi üçün lazımi tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO